Ermənistanın vəziyyəti fəlakət dərəcəsindədir
Bakı, 4 mart (AZƏRTAC). Ermənistan parlamentinin deputatı Qrant Baqratyanın “Facebook” sosial şəbəkəsində yazdığı maraqlı status müzakirə mövzusuna çevrilmişdir.
AZƏRTAC “Armenia to day” saytına istinadla xəbər verir ki, deputat son 6 ildə Ermənistanın tamamilə xarici şirkətlərə satıldığını, korrupsiyanın hakimiyyətin ən yüksək pilləsinə qədər gedib çıxdığını yazmışdır. Prezident Serj Sarkisyan isə nəinki bunun qarşısını almağa çalışmır, əksinə, korrupsiyanı daha da genişləndirir.
Erməni mətbuatı qeyd edir ki, əslində ölkədə korrupsiyanın hökm sürməsi, əhalinin səfalət içərisində yaşaması və milli şirkətlərin xaricilərə satılması heç də yeni xəbər deyildir. Yeni olan odur ki, prezident tərəfindən ələ alınmış deputat bu mənfi hallar barəsində açıq danışmağa başlamışdır ki, bu da Ermənistanın vəziyyətinin milli fəlakət dərəcəsində olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [21:17]
Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]