Ərtuğrul Sağlam “Anderlext”in yeni baş məşqçisi ola bilər
Bakı, 2 fevral, AZƏRTAC
Türkiyənin tanınmış məşqçisi Ərtuğrul Sağlam Belçikada işləyə bilər.
AZƏRTAC "NTV Spor"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin “Anderlext”in sükanı arxasına keçəcəyi gözlənilir.
Onun Brüssel təmsilçisinin Belçika çempionatının XXIII turunda səfərdə “Standard”a 0:2 hesabı ilə uduzduğu oyunu tribunadan canlı izləməsi ehtimalları daha da artırıb. Üstəlik, həmin qarşılaşmadan sonra “Anderlext” baş məşqçisi Besnik Hasi ilə yollarını ayırıb.
Qeyd edək ki, Ərtuğrul Sağlam son olaraq ölkəsində “Kocaelispor” klubunu çalışdırıb. Mütəxəssis 2024-cü ilin dekabr ayından bəri işsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]