Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsası Ümummilli Lider tərəfindən qoyulan əlaqələr Özbəkistanla mövcud münasibətlərin dialektikasını müəyyən edir - ŞƏRH

Əsası Ümummilli Lider tərəfindən qoyulan əlaqələr Özbəkistanla mövcud münasibətlərin dialektikasını müəyyən edir -  ŞƏRH

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan müstəqil və fəal xarici siyasət yürüdən ölkə kimi dinamik qlobal siyasi bürcdə unikal mövqeyə malikdir. Bu mövqeyi onunla möhkəmləndirə bilmişik ki, siyasi konsepsiyamızın hər bir sətri istənilən addımımızla tamamilə uzlaşır. Bu, nəticədə dayanıqlı sülhə və rifaha əsaslanan dünya nizamını dəstəkləmək üçün Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasətdir. Bunu neytral siyasət adlandırmaq düzgün olmaz, o baxımdan ki, sadəcə, regionun lider aktoru olmaqla kifayətlənməyib dünya siyasətində də öz mövqeyimizi təsir və təzyiqlərə rəğmən, açıqca ifadə edirik. Şübhəsiz ki, məhz bu amilə əsas yaradan məsələ Prezident İlham Əliyevin siyasi biliyi, diplomatik manevr qabiliyyəti qədər, həm də şəxsi keyfiyyətləridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib: “Özbəkistanın xarici siyasətinə nəzər yetirdiyimiz zaman onu iki prezident - İslam Kərimov və Şavkat Mirziyoyevin fəaliyyət dönəmləri olmaqla təxminən iki dövrə bölmək mümkündür. Hər iki dönəmin özünəxas inkişaf tendensiyası mövcuddur. Bizə daha çox aid olan məsələ odur ki, hər iki prezidentin fəaliyyət dönəmində Azərbaycanla münasibətlər formal xarakter daşımayıb, eyni imperiyada təmsil olunduğumuz zaman belə görünən və görünməyən məhdudiyyətlərə baxmayaraq, kökü səmimi qardaşlıq münasibətlərinə dayanıb. Buna görədir ki, XX əsrin 30-cu illərinin qanlı-qadalı kütləvi repressiyaları vaxtı neçə-neçə soydaşımız məhz Özbəkistanda pənah tapmışdır. Eynilə 1966-cı ildə baş verən zəlzələdən sonra Daşkənd şəhərinin bərpasında azərbaycanlılar qardaşlarına dəstək göstərmişlər. Obrazlı şəkildə ifadə olunduğundan xronoloji ardıcıllığa da sadiq qalaraq elə bu məqamda vurğulamaq daha düzgün olar ki, Qarabağımızın bərpasında da dost, qardaş Özbəkistan dövləti əlini daşın altına qoyaraq, dəstək çiynini Azərbaycandan əsirgəməmişdir.

İslam Kərimov nəhəng bir regionu qucaqlamaq amalına xidmət edən “Türküstan bizim ümumi evimizdir” şüarını da əsas tutaraq Ümummilli Lider Heydər Əliyevlə görüşlərə, bu dahi şəxsiyyətin fəaliyyət prinsiplərinə böyük önəm verirdi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlaqələr Özbəkistanla mövcud münasibətlərin və proseslərin dialektikasını müəyyən edir. Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra Özbəkistan bütün regional ixtilafları aradan qaldırmaq üçün dramatik addımlar atdı, istənilən mənfi tendensiyaların əvəzinə, həm region miqyasında, həm də regiondan kənar yeni ittifaqlar vasitəsilə əməkdaşlığın qurulmasında liderlik təşəbbüsləri göstərdi. Rəsmi Daşkəndin regional və beynəlxalq davranışı dərindən düşünülmüş, milli maraqlara əsaslanan addımlarla xarakterizə olunmağa başladı. Bu da Özbəkistanın regional və qlobal səhnəyə daha iddialı çıxmasına yol açdı.

“Azərbaycan və Özbəkistan qarşılıqlı kontekstdə, Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də bir sıra beynəlxalq təsisatlarda geniş siyasət sahələri üzrə əməkdaşlıq edir. Ölkələrimiz bunu problemləri kollektiv şəkildə həll etmək, beynəlxalq yumşaq və sərt hüququn daha işlək mexanizm qazanması üçün edirlər. Dövlətlərimiz arasında siyasi əlaqələrin müxtəlif istiqamətləri qədər, cəmiyyətlərimiz arasında elmi, mədəni, humanitar olmaqla mübadiləyə dair də bir sıra nümunələr mövcuddur. Azərbaycan xalqını daha da qürurlandıran və sevindirən amil odur ki, ərazisi tamamilə yenidən qurulan, ətrafında gül-çiçəklərlə yaşıllıq salınaraq insanların istirahəti üçün hər cür şərait yaradılan Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Lider Heydər Əliyevin barelyefi həm xalqımızın ən böyük sərvəti və dəyəri olan Ümummilli Liderimizin ideyalarına sadiqliyin göstəricisi, həm də bu ideyaların ölkə sərhədlərindən kənarda hələ də və əbədi yaşamasının təzahürüdür”, - deyə Ş.Həsənova vurğulayıb.

Diqqətə çatdırılıb ki, bugünkü siyasət fərqli reallıqları diktə edir. Belə ki, ölkənin rəqabət qabiliyyətini gücləndirməyin yollarından biri iqtisadi diplomatiya, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və beynəlxalq ticarətin inkişafına yönəlmiş siyasətdir. Özbəkistan və Azərbaycan məhz bu siyasətlə addımlayan dövlətlərdir. Bu baxımdandır ki, Özbəkistan və Azərbaycan prezidentlərinin intensivləşən qarşılıqlı səfərləri böyük investisiya layihələrinin və ikitərəfli razılaşmaların əldə olunmasına gətirib çıxarıb.

Dövlətimizin böyük nəqliyyat marşrutlarının tikintisi və şaxələndirilməsi işini prioritet kimi müəyyənləşdirdiyini xatırladan politoloq qeyd edib: “Özbəkistan da əsas nəqliyyat marşrutlarının sürətlə şaxələndirilməsinə çalışır, yeni tranzit marşrutlarının tikintisinə başlayıb. İstər Özbəkistanda, istərsə də Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən xarici iqtisadi fəaliyyət istiqamətində əsaslı dəyişikliklər baş verib, ölkədə əsaslı müsbət dəyişikliklər davamlı xarakter alıb. Azərbaycan həm də dövlətin ixracyönümlülüyünü və infrastrukturunu əhəmiyyətli dərəcədə modernləşdirir, investisiya axınını yeni istiqamətlərə yönəldir. Özbəkistanın siyasətində də eyni dəst-xəttin şahidiyik. Buna görə də Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsi həm də və ən əsası, birbaşa xarici investisiyaların cəlbinə yetirilən xüsusi diqqətdən irəli gəlir.

“Qarşımızda dövlət olaraq ciddi hazırlaşdığımız, demək olar bütün resurslarımızı, potensialımızı çəkinmədən sərf etdiyimiz, xalq kimi dövləti bu işdə də dəstəklədiyimiz COP29 kimi mötəbər tədbir dayanır. Sözügedən tədbir vasitəsilə beynəlxalq ictimaiyyətə əsas regional aktor kimi gücünü, qlobal oyunçu kimi isə təsirini nümayiş etdirmək üçün Azərbaycan böyük platforma təqdim edəcək. Tədbir həm də dövlətimizin xarici siyasətinin bütövlüyü və ardıcıllığı üçün mühüm əhəmiyyət daşıyacaq. Ona görədir ki, Azərbaycan artıq dünya ictimaiyyətinə sülh dolu mesajını da yolladı. Sadəcə, kiçik aktorlar deyil, orta və böyük güclərin özü belə liderlərin yoxluğunda boykotla hədələnir. Sevindirici və qürurverici məqam odur ki, Prezident İlham Əliyevin ən sadə ritorikası belə ən böyük siyasi vədinə sadiqdir”, - deyə Şəbnəm Həsənova diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH