Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsərləri hərbi muzeyləri bəzəyən rəssam - Rafiq Əziz

İstanbul, 22 iyun, AZƏRTAC

Azərbaycan dünyada mədəniyyəti, incəsənəti ilə tanınan sayılı ölkələrdən biridir. Həmvətənlərimizin dünyanın fərqli ölkələrində qazandığı uğurlar isə hər birimiz üçün qürur mənbəyidir. Belə insanlarımız qardaş Türkiyədə də az deyil. Onlardan biri də Türkiyədə fəaliyyət göstərən Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizdir.

Rəssam həyat hekayəsi və Türkiyəyə gəlişi ilə bağlı xatirələrini AZƏRTAC-la bölüşüb.

“Bura gəlməyimin əsas səbəbi Xocalıdan olan uşaqlar üçün nə isə edə bilmək istəyimlə bağlı oldu. O zamanlar təhsil sahəsində çalışırdım, həm də müəllimlik edirdim. 1992-ci ildə Xocalı soyqırımı baş verdikdən sonra hər bir azərbaycanlı kimi, mən də Vətənim üçün nə isə etmək istədim. Uşaqlar arasında “Qarabağ müharibəsi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi kampaniyası başlatdım. Tale elə gətirdi ki, bu kampaniya zamanı çəkilən rəsmlər 1994-cü ildə ozamankı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə İstanbulun “Taksim Sənət Qalereyası”nda nümayiş etdirildi. Sərgi qardaş ölkədən gözləmədiyim qədər böyük bir maraqla qarşılandı”,-deyə rəssam bildirib.

1992-ci ildə İstanbulda nümayiş olunan və belə sərgilərdən birincisi kimi yaddaqalan bu tədbir bir çoxları kimi İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri, kökləri Azərbaycana dayanan Bədrəddin Dalanın da marağına səbəb olur. Rafiq Əzizlə görüşən Bədrəddin Dalan Azərbaycanda baş verən hadisələrdən çox sarsıldığını və Qarabağ müharibəsi zamanı valideynlərini itirən on uşağın Türkiyədə təhsil almasına maddi dəstək göstərmək istədiyini bildirib.

Bu haqda danışan rəssam deyib: “O vaxt Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi və Qarabağdan olan bu uşaqların Türkiyəyə gətirilməsində mənə dəstək oldu. Ulu Öndər sonralar İstanbul səfəri zamanı bu uşaqlarla da görüşdü. Uşaqları Türkiyəyə gətirdikdən sonra onlara cavabdeh şəxs olaraq Azərbaycanda iş yerimdən istefa edərək mən də İstanbula köçməli oldum. İllər keçdi və böyük bir məsuliyyəti öz üzərimə götürərək Türkiyəyə gətirdiyim bu uşaqlar orta və ali təhsillərini də çox yüksək səviyyədə tamamladılar”.

1995-ci ildə İstanbulda ilk rəssamlıq emalatxanasını açan fırça ustası 1996-cı ildən etibarən İstanbulun Yeditəpə Universitetində fəaliyyətini davam etdirib və hazırda bu ali təhsil müəssisəsinin görkəmli professorlarından biridir. Bu günə qədər Türkiyənin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, hərbi akademiyaları olmaqla bir çox qurumların muzeylərinin fondunda rəssamın 200-dən artıq əsəri yer alıb və daim nümayiş etdirilir.

Rafiq Əzizin yaratdığı sənət əsərləri Türkiyənin dövlət xadimlərinin iş otaqlarını bəzəyir. Rəssamın ən böyük əsərlərindən biri olan “1071 Malazgirt meydan müharibəsi” 2021-ci il fevralın 26-da doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib. Rəssam tərəfindən qardaş ölkə başçısına hədiyyə edilən əsərlərdən biri də Prezident Ərdoğanın anasının vəfatından sonra çəkilən portreti olub.

Əsərləri incəliyi ilə xüsusi diqqət çəkən rəssam bunun səbəbini belə izah edir: “Mən Türkiyədə muzeylər üçün tarixi mövzulu rəsmlər çəkirdim. Çox böyük sevgi və həvəslə işlədiyim əsərimdən birində bir admiralın yelkənin bağlı olduğu dirəkdə millimetrik səhv tapması məni dərindən sarsıtdı. Bundan sonra işlədiyim hər rəsm barədə daha da dərindən araşdırmalar etməyə başladım. Demək olar ki, yaratdığım hər bir əsər üçün məsuliyyət hissi dəfələrlə artdı. Əsərdə əks etdirdiyim dövrün hadisələrini, fiqurları, geyimləri, gəmi təsvirlərini doğru göstərmək üçün bir neçə tarixi kitab oxumalı oldum. Ən çətin əsərim isə Osmanlı Dövləti tarixinin ən tanınmış gəmiçilərindən biri, Osmanlı İmperatorluğunun ilk kapitan paşası və ya bugünkü adı ilə Dəniz Qüvvələri Komandiri Barbaros Hayrəddin Paşa və onun idarəçiliyində olan gəmilərlə bağlı idi. Belə ki, bu tarixi şəxsiyyətlərin çoxunun əsl simalarını əks etdirən rəsmləri ümumiyyətlə yoxdur. Piri Rəisin Kadırqa Gəmilərini isə onun şəxsi cızmaqaraları əsasında çəkdim. Rəsm çox çətinliklə ərsəyə gəlsə də çox böyük rezonansa səbəb oldu”.

Tarixə böyük marağı olan Rafiq Əzizin Türkiyənin hərbi muzeylərində yüzə yaxın imzalı əsəri yer alır. Sənətkar, eyni zamanda, Türkiyənin hərbi akademiyaları, Dəniz Qüvvələri, Komandanlığı və qardaş ölkənin Xəzinə və Maliyyə Nazirliyi nəzdində Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin xətti ilə bir neçə simvolik pul vahidinin hazırlanmasında da yaxından iştirak edib. İlk dəfə 2013-cü ildə “Piri Rəisin Dünya Dəniz Xəritəsi çəkdiyi Kitabı-Bahriyənin 500 illiyi” münasibətilə hazırlanan pul vahidinin rəssamlığını edən Rafiq Əziz sonralar bir çox simvolik gümüş pulların da rəssamı olub.

Onun təşəbbüsü ilə Türkiyə Zərbxanasında 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” və 2020-ci ildə Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfəri münasibətilə “Qarabağ Azərbaycandır” simvolik gümüş pul vahidləri hazırlanıb.

Bu haqda danışan rəssam deyib: “Azərbaycanın 44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə taclandırılması hər bir azərbaycanlı kimi, mənim də həyatımın ən xoşbəxt anlarından biri idi. Bu Qələbə müzəffər Ordumuz, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqının dünyada misli görülməyən birliyinin təzahürü idi. Azərbaycanlı olduğum üçün bir daha fəxr etdim. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək və bu qələbəni xatirəyə çevirməyə qərar verdim. Adətən zərbxanalarda bu cür pul vahidlərinin hazırlanması bir il əvvəldən planlaşdırılır, lakin, təklif və eskiz təqdim edildikdən sonra “Qarabağ Azərbaycandır” simvolik gümüş pulu növbə gözləmədən hazırlandı. Bunun üçün də türkiyəli qardaşlarımıza, eləcə də Zərbxana baş direktorluğuna xüsusi minnətdarlığımı bildirirəm. Pul vahidini Prezidentimiz İlham Əliyevin doğum günündə hazır olması üçün əlimdən gələni etdim və buna nail oldum”.

Hazırda fəaliyyətini İstanbulda davam etdirən Rafiq Əziz “Türkiyə Hərbi Muzeylərində yağlı boya ilə çəkilən 154 əsəri və Zərbxanada hazırlanan suvenir gümüş pullara görə Türkiyədə yaradılan beynəlxalq “Dahilərin Dünya Rekordları Assosiasiyası” (Geniuses World Record Association) tərəfindən dünyanın ilk çağdaş rəssamı seçilib.

Türk Dünyası Rəssamlar Akademiyasının həqiqi üzvü seçilən Rafiq Əzizin bu ilin aprel ayında NATO ölkələrinin hərbi dəniz komandanlarının iştirakı ilə fərdi sərgisi açılıb. O, məşhur qazax yazıçısı, ictimai xadim, diplomat Oljas Süleymenovun anadan olmasının 90 illiyi münasibətilə hazırlanan “Oljas Süleymenov” medalı ilə də təltif olunub.

Qarşıdakı planlarından danışan rəssam deyib ki, hazırda iyulun 28-də Qəbələdə təşkil olunacaq Beynəlxalq Festivala hazırlaşır və sərgidə İstanbulun tarixi yerlərini əks edildiyi iki tablosu nümayiş olunacaq.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO