Əskişəhərdə 400 sakini olan məhəllə karantinə alınıb
Ankara, 26 iyul, AZƏRTAC
Türkiyənin Əskişəhər bölgəsində 400 nəfər sakini olan məhəllə koronavirusun yayılması riski səbəbindən karantinə alınıb.
AZƏRTAC xəbər verir ki, Əskişəhərin Təpəbaşı rayonunun Kızılcaören məhəlləsinin altı sakinində infeksiya akşarlanması yerli hakimiyyət orqanlarını hərəkətə gətirib. Bildirilir ki, məhəllədə virusun yayılmasına son həftələr keçirilən iki nişan və bir yas mərasimi səbəb olub.
Məhəllənin giriş-çıxış yolları polis tərəfindən nəzarətə götürülüb. Hazırda virusa yoluxmaqda şübhəli bilinənlər test edilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]