Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əsrin müqaviləsi” ilə dünyaya səs salan Azərbaycan iqtisadiyyatı şaxələndirməklə inkişafını təmin edə bilər

“Əsrin müqaviləsi” ilə dünyaya səs salan Azərbaycan iqtisadiyyatı şaxələndirməklə inkişafını təmin edə bilər

Tokio, 19 oktyabr, AZƏRTAC

“Əsrin müqaviləsi” ilə dünyaya səs salan Azərbaycan iqtisadiyyatı şaxələndirməklə inkişafını təmin edə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yaponiya-Rusiya Ticarət Assosiasiyasının direktor müavini, iqtisadçı ekspert Ritsuka Hattorinin “Globe Asahi” qəzetində dərc olunmuş “Azərbaycan neft tükənsə belə yaşaya bilərmi? “İkinci Dubay”ın dönüş nöqtəsi” adlı məqaləsində öz əksini tapıb.

Ölkəmizin coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları, Bakıda neft sənayesinin tarixi və bu günü barədə çox müfəssəl məlumatların əks olunduğu məqalədə müəllif son vaxtlar Azərbaycanın neft ehtiyatlarının azalması barədə bir sıra istehlakçı ölkələri narahat edən suala cavab verməyə çalışıb. Qeyd edib ki, Azərbaycan keçmiş sovet ölkələri arasında özünün sürətli inkişafı ilə fərqlənib. Karbohidrogen hasilatından əldə edilən mənfəətdən bacarıqla istifadə edən Azərbaycan yalnız paytaxtda deyil, həmçinin regionlarda da müasir inkişafa nail olub. Nəticədə öz gözəlliyi ilə seçilən Bakı “İkinci Dubay” adını qazanıb.

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı tarixi barədə ətraflı danışan R.Hattori ilk neft buruğunun məhz Bakıda XIX əsrin ortalarında quraşdırıldığını xatırladıb. Qeyd edib ki, Azərbaycanın “qara qızıl”ı həmin dövrün böyük kapitalistləri olan Rotşildlərin və Nobel qardaşlarının buraya xüsusi diqqətinin yaranmasına səbəb olub. XX əsrin əvvəllərində isə dünya neft hasilatının təxminən yarısı Bakıda toplanıb. Bu gün dünyada böyük populyarlıq qazanmış Nobel mükafatının əsasında məhz Bakı neftindən əldə edilən mənfəət dayanır.

Sovet illərində də Bakı neftinin keçmiş SSRİ-nin iqtisadi inkişafında mühüm rol oynadığını deyən müəllif, nasist Almaniyasının II Dünya müharibəsi dövründə Qafqaza yürüşünün məqsədinin bu nefti ələ keçirmək olduğunu xüsusi qeyd edib. 1960-cı illərdə Bakıda neft hasilatı azalarkən Rusiyanın Volqa ətrafı və Qərbi Sibir regionlarında aşkar edilən neft yataqlarının məhz müvafiq olaraq “İkinci Bakı” və “Üçüncü Bakı” adlandırıldığını xatırladıb.

1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpasından sonra neft hasilatının bərpası istiqamətində mühüm addımların atıldığına diqqət çəkən R.Hattori bunun üçün böyük kapital tələb edən Xəzər dənizindəki yataqların istismarının gündəmə gəldiyini qeyd edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük zəhməti və siyasi iradəsi nəticəsində 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarı məqsədilə beynəlxalq konsorsiumla imzalanan “Əsrin müqaviləsi”nin xüsusi əhəmiyyət daşıdığını vurğulayır. Bildirir ki, bu sənəd məhz çox nəhəng həcminə görə həmin adı alıb. Bu müqavilənin həyata keçməsi nəticəsində inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyədən və Aralıq dənizindən keçməklə 2006-cı ildə Bakı neftinin dünya bazarlarına çıxışını təmin edib.

Həmin layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük roluna diqqət çəkən müəllif, ulu öndər Heydər Əliyevin siyasətinin 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirir. Xüsusi vurğulayır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil siyasət xətti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan rəhbərliyinin bu siyasəti beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir.

Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatının sürətli inkişafına səbəb olduğunu vurğulayan R.Hattori nəticədə ümumi daxili məhsulun dəfələrlə artdığını, bu göstəricinin bütün dünya üzrə ən yüksək həddə çatdığını qeyd edir. Bildirir ki, neftdən əldə edilən gəlir ölkədə müasir infrastrukturun inkişafına, nəhəng inşaat və quruculuq işlərinə yol açıb. Bakı göydələnlər şəhərinə - “İkinci Dubay”a çevrilib.

Vurğulayır ki, Azərbaycan həm də böyük idman yarışlarının, beynəlxalq mədəni tədbirlərin təşkil edildiyi mərkəzə dönüb. “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Formula-1 Azərbaycan Qran Prisi buna ən parlaq misal kimi göstərilir. Qeyd edilir ki, bütün bu uğurlar Bakının Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Tokio, 2025-ci il Dünya sərgisi ilə əlaqədar Osaka ilə rəqabət aparmasına imkan yaradıb.

Azərbaycanda neft hasilatının azalması ilə bağlı narahatlıq keçirənlərə müraciət edən müəllif ölkəmizin həm də böyük qaz yataqları olmasına diqqət yönəltməyi məsləhət görür. Qeyd edir ki, “Şahdəniz” yatağından çıxarılan qazı Gürcüstan vasitəsilə Türkiyəyə ötürən TANAP boru kəmərinə xüsusi diqqət yetirmək lazımdır. Vurğulayır ki, bu sahənin hələ uzun müddət inkişaf edəcəyini mütəxəssislər də təsdiq edirlər.

Bununla yanaşı, R.Hattori ölkə rəhbərliyinin iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət yetirdiyini də məqaləsində xüsusi vurğulayır. Bildirir ki, Azərbaycan bununla ölkə iqtisadiyyatının neftdən asılılığını aşağı salmağa çalışır. Xarici investisiyaların cəlbi yolu ilə qeyri-neft sektorunun, emal sənayesinin, kənd təsərrüfatının, yüngül sənayenin, nəqliyyat infrastrukturunun inkişafına böyük önəm verilir.

Azərbaycan rəhbərliyinin xidmət sahələrinə, xüsusən nəqliyyat sektorunun inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən müəllif, ölkəmizin “İpək Yolu” üzərində olan qədim ticarət və ötürücü mərkəzlərdən biri olduğunu xatırladır. Bu, Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində mühüm dayaq nöqtəsinə çevirir. Qeyd edir ki, məhz bu ənənələri nəzərə alan Azərbaycanda yeni avtomagistrallar, aeroportlar, dəmir yolu üzərində qurulan “Dəmir İpək yolu”nun inşasına xüsusi diqqət yetirilir. 2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz bu ideyanın reallaşmasına xidmət edir.

Məqalənin sonunda müəllif bir daha qeyd edir ki, yuxarıda sadalanan istiqamətlər Azərbaycanın hələ uzun müddət dinamik inkişafını təmin etməklə, bu ölkəni bütün dünyaya daha yaxından tanıdacaq.

Yazıda Bakı və Azərbaycan rayonlarının inkişafını, neft və qaz sənayesinin görüntülərini əks etdirən fotolara da geniş yer verilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur