Estoniya, Latviya və Finlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Tallinn, 13 fevral, AZƏRTAC
Estoniya, Latviya və Finlandiya arasında yeni tipli zirehli nəqliyyat vasitələrinin birgə hazırlanmasına dair saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişə əsasən, hər üç ölkə müdafiə sahəsində genişmiqyaslı əməkdaşlıq həyata keçirəcək.
Finlandiya istehsalı olan “Pasi” zirehli transportyorları hazırda Estoniya silahlı qüvvələrində istifadə edilir. Estoniyanın yaxın on il ərzində 100-dək zirehli nəqliyyat vasitələri əldə etməsi imkanı nəzərdən keçilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn