“Eurovision-2011”-dəki qələbəmiz: Bakı sakinləri nə düşünür?
Bakı, 17 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 14-də Almaniyanın Düsseldorf şəhərində 56-cı “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin iştirakı ilə keçən final mərhələsində 221 xal toplayaraq tarixi qələbə qazanmışdır. Bununla da Azərbaycan gələn il bu mötəbər yarışa ev sahibliyi etmək hüququ qazanmışdır.
AZƏRTAC xəbər verir ki, “Rəy” Monitorinq Mərkəzi möhtəşəm qələbəni qeyd etmək üçün Bakının küçələrinə çıxmış minlərlə sakin arasında müsabiqənin gələn il Bakıda keçirilməsinə münasibəti öyrənmək üçün sorğu keçirmişdir.
Yaşı 18-dən yuxarı olan 900 nəfərin iştirak etdiyi sorğuya əsasən, paytaxt sakinlərinin 59 faizi müsabiqənin final mərhələsini izləmişdir. Rəyi soruşulanların təxminən üçdə biri final mərhələsini canlı izləyə bilməmiş, müsabiqədəki qələbəmiz barədə xəbərlərdən və ya dost-tanışlardan eşitmiş, 8 faizinin isə bu barədə heç bir məlumatı olmamışdır.
Respondentlərin əksəriyyətinin fikrincə, “Eurovision” müsabiqəsinin Bakıda keçirilməsi təkcə əhəmiyyətli mədəniyyət hadisəsi deyil, həm də Avropanı ölkəmiz ilə daha yaxından tanış etmək baxımından əlverişli fürsətdir. Buna görə də respondentlərin 63 faizi müsabiqəyə yüksək məbləğdə vəsait xərclənməsini məqbul saymışdır.
Qeyd edək ki, müsabiqənin Azərbaycanda keçirilməsinin tərəfdarları əsasən 18-24 yaş arası təhsilli gənclərdir. Müsabiqəyə böyük məbləğdə vəsait xərcləməyin əleyhdarları isə yaşı 50-dən yuxarı olan sakinlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]