“Evdə qal, evdə yarat” yaradıcılıq müsabiqəsi yekunlaşıb
İsmayıllı, 25 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan İsmayıllı Regional Mədəniyyət İdarəsinin elan etdiyi yaradıcılıq müsabiqəsi yekunlaşıb.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iştirakçılar əl işləri, rəsm əsəri, musiqi, dizayn, video, yazlı mətn, foto, yaradıcı texnologiya və sair nominasiyalar üzrə yaratdıqları əsərləri www. Facebook.kom/ismayıllıregional/ ünvanına göndəriblər.
Yaradılan komissiya tərəfindən müxtəlif nominasiyalar üzrə seçilən qaliblər müəyyən olunub. Belə ki, musiqi üzrə I yerə Qobustan rayonundan İranə Abbasova, İsmayıllıdan Cavanşir Abdullayev, II yerə İsmayıllıdan Rövşən Teyyubov, Qobustandan Səyyaf Güləliyev, III yerə Qəbələdən Mürşüdlü Gündüz, Şamaxıdan Ruslan Adıgözəlov, rəsm nominasiyası üzrə I yerə İsmayıllı rayonundan İradə Hüseynova modenart üslubunda çəkdiyi tabloya görə, II yerə Şamaxıdan Nərgiz Əsgərova layiq görülüblər. Bədii yaradıcılıq nominasiyası üzrə I yerə İsmayıllı rayon MKS-nin uşaq şöbəsi, II yerə Şamaxı MKS-nin uşaq şöbəsi, III yerə Ağbulaq kənd yaradıcılıq klubu layiq bilinib. Ən yaxşı layihə üzrə isə I yerə İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin əməkdaşlarının hazırladıqları “Biz birlikdə güclüyük”, II yerə İsmayıllı MKS-nin “Kitab de, oxuyaq” və III yerə Şamaxıda M.Ə.Sabirin ev muzeyinin əməkdaşlarının hazırladıqları böyük şairə həsr olunan videoçarx layiq görülüb.
Əl işi nominasiyası üzrə I, II və III yerləri müvafiq olaraq Şamaxıdan Günay Binyətova, İsmayıllıdan İradə Hüseynova və Qobustandan Günel Zahidova qazanıblar. Ən yaxşı virtual səyahət nominasiyası üzrə I yerə İsmayıllı Heydər Əliyev Mərkəzi və Şamaxı Tarix Diyarşünaslıq Muzeyi, II yerə isə İsmayıllı Tarix Diyarşünaslıq Muzeyi və Şamaxı Heydər Əliyev Mərkəzi, təqdimat nominasiya üzrə I yerə Şamaxı Heydər Əliyev Mərkəzi, II yerə Qobustan MKS, III yerə İsmayıllı MKS layiq görülüb. Distant dərslər üzrə I yerə İsmayıllı Fazil Əzimov adına uşaq incəsənət məktəbi, Qobustan şəhər Rəşid Behbudov adına uşaq incəsənət məktəbi, II yerə Qəbələ rayon uşaq incəsənət məktəbi, Şamaxı İncəsənət Təhsil Mərkəzi, III yerə isə Ağsu rayon uşaq musiqi məktəbi layiq görülüb.
Təltifolunma mərasimi isə karantin rejiminin sonunda İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.