“Everton” klubu azarkeşlərinin davranışına görə cərimələnib
Bakı, 1 oktyabr, AZƏRTAC
İngiltərənin “Everton” klubu azarkeşlərinin davranışına görə 300 min funt sterlinq cərimələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Ötən mövsümün sonunda - mayın 19-da "Kristal Pelas"la görüşdə ev sahibi komandanın fanatları insident yaradıblar. "Everton" rəqibinə qalib gəlməklə (3:2) Premyer Liqadakı yerini qoruyub. Buna görə də fanatlar final fitinin ardından qələbəni qeyd etmək üçün meydana axışıblar.
İngiltərə Futbol Assosiasiyası bildirib ki, azarkeşlər meydançaya çıxarkən “təhdidedici və aqressiv” hərəkət ediblər. “Everton” isə azarkeşlərə nəzarət edə bilmədiklərini etiraf edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]