Federal agentlər Portlenddə etiraz aksiyasını dağıdıblar
Bakı, 26 iyul, AZƏRTAC
Artıq iki aya yaxındır etirazların səngimədiyi ABŞ-ın Portlend şəhərində federal hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi etiraz aksiyasını dağıtmağa müvəffəq olub.
AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, etirazçıları şəhər mərkəzindən çıxarmağa başlayan polis demək olar ki, müqavimətə rast gəlməyib. Aksiyanı dağıtmaq üçün yenidən gözyaşardıcı qazdan istifadə olunub. Nəticədə kütlə məhkəmə binası qarşısındakı meydanı tərk edib. Gözyaşardıcı qazdan təsirlənən bəzi nümayişçilərə tibbi yardım göstərilib.
Bir qədər əvvəl ABŞ məhkəməsi Oreqon ştatı Baş prokurorunun federal hüquq-mühafizə orqanları tərəfindən Portlend şəhərində keçirilən etiraz aksiyaları zamanı həbslərin keçirilməsinə müvəqqəti qadağa qoymaq təklifini rədd edib.
Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölməsi ilə bağlı insidentdən sonra əvvəlcə Minnesota, sonra isə Portlend də daxil olmaqla, ABŞ-ın digər şəhərlərini etiraz dalğası bürüyüb. Aksiyalar çox vaxt toqquşmalarla müşayiət olunub. Asayişin bərpası üçün yetərli tədbirlər görməyən ştat və bələdiyyə hakimiyyətindən narazı qalan ABŞ Prezidenti Donald Trampın göstərişi ilə bəzi şəhərlərə hərbçilər və federal polis əməkdaşları yeridilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]