FƏLƏSTİNLİLƏR ƏRƏFATIN ÖLÜMÜNÜN SƏBƏBLƏRİNİN BEYNƏLXALQ TƏHQİQİNİ TƏLƏB EDƏCƏKLƏR
Qədduminin fikrincə, Ərəfatı İsrail agentləri zəhərləmişlər, çünki sabiq Fələstin lideri Təl-Əvivin hansısa planlarının həyata keçirilməsinə mane olurdu. Fələstinin bütün təşkilatları belə yekdil rəydədirlər ki, Ərəfatın ölümünə görə İsrail məsuliyyət daşıyır.
Xatırladaq ki, Ərəfat keçən il sentyabrın 11-də Parisin “Persi” hospitalında vəfat etmişdir. Onun ölümünün səbəbləri indiyədək qəti şəkildə müəyyən olunmayıbdır. Ərəfatın vəfatından sonra onun arvadı həkimlərə ərinin cənazəsini yarmağı qadağan etmişdi. Bu ilin oktyabrında Fələstinin Baş naziri Əhmədi Qurei bildirmişdir ki, məsələ yeni araşdırmalar üçün açıq qalır. Onun sözlərinə görə, Fələstinin xüsusi komissiyası bu qənaətə gəlmişdir ki, həkimlər Ərəfatın ölümünün səbəbini müəyyən edə bilmirlər.
Sentyabrda İsrailin “Haarets” qəzeti tibb sənədlərinə əsasən Ərəfatın ölümünün üç mümkün səbəbi olduğunu yazmışdır – müəyyən edilməyən infeksiya, QİÇS və zəhərlənmə.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]