Fərid Qayıbov Masallı və Yardımlıda vətəndaşlarla görüşüb
Bakı, 3 oktyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən öncə Masallıda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.