Fernando Alonso: Gələn il “Maklaren” daha yüksək mövqe qazanacaq
Bakı, 24 dekabr, AZƏRTAC
Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso hesab edir ki, 2019-cu ildə “Maklaren” ötən mövsümdəkindən daha yaxşı nəticələr göstərə biləcək.
AZƏRTAC xəbər verir ki, F.Alonso deyib: “Düşünürəm ki, növbəti mövsümün maşını daha yaxşı olacaq, çünki komanda ötən mövsüm təcrübə qazanıb. Biz 2019-cu il üçün nəzərdə tutulan elementləri 2018-ci ilin iyulundan test etməyə başlamışıq. Əhvalımız yaxşıdır, çünki problemləri müəyyən edərək inkişafımızın istiqamətini düzəltmişik.
Düşünürəm ki, 2017-ci ildə şassi rəqabətədavamlı olub. GPS-in məlumatına görə, biz döngələrdə çox sürətli olmuşuq. Amma 2018-ci ildə bir addım geriləmişik. İndi bunun səbəbini başa düşmüşük. Məncə, gələn il komanda daha yüksək mövqe qazanacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]