FERNANDO TORRES: İSPANİYA-ALMANİYA GÖRÜŞÜ GƏRGİNLİYİNƏ GÖRƏ FİNAL QARŞILAŞMASINA YAXIN OLACAQDIR
26 yaşlı hücumçü demişdir: “Mən çox fəxr edirəm ki, İspaniya üçün dünya çempionatında ilk yarımfinal görüşdə iştirak edəcəyəm. Komandamız tarixin daha bir səhifəsini çevirmişdir. Hesab edirəm ki, iyulun 7-də keçiriləcək görüş final qarşılaşmasına bərabər olacaq və biz daha yaxşı oyun nümayiş etdirməyə çalışacağıq.
Fernando Torresin sözlərinə görə, almanların gözəl, etibarlı oyununa baxmayaraq ispanlar onların müdafiəsində boşluğu tapa biləcəklər. Fernando Torres demişdir: “Komandamız hücum üslubunda oynayır, almanlar isə bu dünya çempionatında ən möhkəm müdafiəyə malikdirlər. Onlar həm səkkizdəbir finalda və həm də dörddəbir final qarşılaşmasında rəqiblərin qapılarından dörd (ümumilikdə iki görüşdə səkkiz) top keçirmişlər. Buna görə də çox təhlükəlidirlər. Lakin bizim də almanlara qarşı şansımız vardır. Onlar qələbə çalmaq üçün çox hücum edəcəklər, biz isə əmələ gələn boşluqlardan istifadə edə biləcəyik”.
Torresi 2010-cu il dünya çempionatında “Barselona” komandasının yeni futbolçusu beş qol vuraraq turnirin ən yaxşı bombardiri olan David Vilyanın kölgəsində qalması narahat etmir. O deyir ki, kimin qol vuracağı əsas deyildir, əgər mənim qələbə topunun müəllifi olmaq şansım yaranarsa, bunu mütləq edəcəyəm.