Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Fərqli Fərdlər” Konqresi beşinci dəfə Bakıda keçiriləcək

“Fərqli Fərdlər” Konqresi beşinci dəfə Bakıda keçiriləcək

Bakı, 7 mart, AZƏRTAC

Martın 11-də Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” konqresi keçiriləcək. Artıq ənənəyə çevrilmiş konqres bu il 5 illik yubileyini qeyd edir. Beş illik bir müddətdə daha da inkişaf edən konqresin gündəliyindəki mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri əhatə edəcək.

Bu barədə AZƏRTAC-a “Caspian Event Organisers” şirkətindən məlumat verilib.

Bildirilib ki, “Fərqli Fərdlər” 2019-cu ildən etibarən ictimaiyyətin diqqətini autizm, diqqət əskikliyi və hiperativlik, uşaq serebral iflici (USİ), Daun sindromu və digər mövzulara maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləyir. Konqresin əsas məqsədi və nail olmağa çalışdığı ən başlıca hədəf isə ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə həmin şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.

“Fərqli Fərdlər” 2023-də geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə ABŞ, Azərbaycan, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edəcəklər. Platforma yerli və xarici natiqlər arasında əlaqələrin qurulması üçün əla vasitə rolunu oynayır. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri ilə seçilənlər də olacaq.

Konqresin prodüseri “Autistic city” autizm spektr pozuntusu (ASP) diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri, ASP olan şəxs Antonina Steynberqdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, “Fərqli Fərdlər”də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da çalışacaqlar.

Konqresin açılış mərasimində xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova layihə üçün xüsusi olaraq yazılmış “Fərqli Fərdlər” himnini ifa edəcəklər. Hər zaman olduğu kimi bu dəfə də “Ümid var” Yaradıcılıq Qrupu öz iştirakları ilə tədbirə rəng qatacaq. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar inklüziv kompozisiyalarla tədbirdə çıxış edəcəklər.

Konqresin builki proqramına 3 bölmə və panel müzakirəsi daxildir:

∙ I bölmə: İlk andan

∙ II bölmə: Məktəb vaxtı

∙ III bölmə: Birlikdə böyüyürük

∙ Panel müzakirəsi: Müşayiət olunan işə qəbul

Ənənəvi olaraq “Fərqli Fərdlər”in mövzuları təşkilatçılar tərəfindən müasir tələblər, eləcə də iştirakçıların xahişləri nəzərə alınmaqla formalaşdırılır. Tədbirdə ilk dəfə olaraq çox aktual, lakin həssas mövzu olan yeniyetməlikdə cinsi tərbiyə müzakirə olunacaq. Konqres zamanı, həmçinin inkişaf özəllikləri olan insanların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, ASP sindromlu insanlarda qidalanma pozulması, “bullinq” və məktəbə inteqrasiyası, inklüziv işə qəbulu, perspektivlər və digər mövzular da əhatə olunacaq. Qeyd edilməlidir ki, həmin mövzularda çıxış edən mütəxəssislər hazırda Azərbaycan məktəblərində inklüzivlik üçün öz proqramlarını həyata keçirirlər.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün günəbaxanlı boyunbağılar tərəfdaş - “ZAMA LLC” tərəfindən təmin olunacaq. Məlum olduğu kimi, günəbaxan zahirən görünməz əlilliyin beynəlxalq simvoludur. Beləliklə, “Fərqli Fərdlər”in iştirakçıları boyunbağı sahibinin gizli əlilliyini görə biləcək və nəticədə oriyentasiya, qərar qəbul etmək və ya əlavə yardım üçün onlara daha çox vaxt lazım ola biləcəyini anlayacaqlar. Günəbaxanlı boyunbağıların sahibləri üçün rahat şərait və yeməklərin verilməsi üçün ayrıca xətt təşkil ediləcək. Bundan əlavə, zalda uşaqlar və böyüklər üçün xüsusi istirahət otağı fəaliyyət göstərəcək.

Bu il də tədbir xüsusi qayğıya ehtiyacı olan insanlara daima qayğı və diqqət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Regional İnkişaf İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilir.

“Fərqli Fərdlər” konqresinin gümüş sponsoru “PMD Group” şirkətidir. Sessiya sponsorları - “Nar” və “GrowGroup Azerbaijan”, Qeydiyyat sponsoru qismində isə “Gubre.az” şirkəti çıxış edir. Tədbir, həmçinin “AzExpoMontage”, “ZAMA LLC”, “Credo Group”, “Black & Black Studio”, “BakPro MMC”, “Art-Trio” Creative Studio, “Pro Media Group”, "Konfrans Services", “Yaman Group”, “Indigo Printhouse”, “Bağçam” uşaq bağçaları şəbəkəsi, “Avto FM 107.7”, “Space FM 104”, “Baku Retro FM”, “Baku Hit FM”, “Highlight” və “Propaganda Agency” şirkətləri tərəfindən dəstəklənir. Konqresin təşkilatçısı “Caspian Event Organisers” (www.ceo.az) şirkətidir.

Qeyd edək ki, “Fərqli Fərdlər” 2023 Konqresində iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir: https://ferqliferdler.az/az-register/.

Tədbirdə tərəfdaş və ya sponsor kimi çıxış etmək üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

Konqresin fəaliyyətini “Fərqli Fərdlər”in rəsmi saytı (www.ferqliferdler.az), Facebook və Instagram səhifələrində izləmək olar.

Yarandığı müddət ərzində “Fərqli Fərdlər” konqresi dövlət qurumlarının və sponsorların dəstəyi sayəsində əhəmiyyətli nəticələrə nail olub. Belə ki, son illərdə xüsusi qayğıya ehtiyacı olan insanlara olan münasibət və qayğı müsbət tendensiya üzrə inkişaf etməkdədir. Hazırda həmin qrup uşaqlar və böyüklərə yardım göstərən mərkəzlərin və mütəxəssislərin sayı davamlı olaraq artır. Onlar artıq müxtəlif dərnəklərdə məşğul olur və idman, musiqi və digər sahələrdə istedadlarını kəşf edərək uğurlar qazanırlar. Bundan başqa, xüsusi qayğıya ehtiyacı olanların valideyn və yaxınlarını məlumatlandırmaq üçün müxtəlif təlimlər keçirilir, onlar müxtəlif təlimatlandırıcı vasitələrlə tanış olurlar. Sevindirici haldır ki, xüsusi qayğıya ehtiyacı olan insanlar artıq bir sıra dövlət qurumları və şirkətlərdə işə qəbul olunaraq peşəkar fəaliyyətlərini davam etdirirlər. Məhz məlumatlılığın artması sayəsində cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmaq qorxusu aradan qalxır.

Konqresin əldə etdiyi konkret nəticələr isə aşağıdakılardan ibarətdir:

1. Konqresin təşkilatçıları Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə proqramın tətbiqi barədə təşəbbüslə çıxış ediblər. Hava limanının rəhbərliyi həmin proqrama dəstək verərək layihəni reallaşdırıb. Bakı hava limanı dünyanın ən müasir hava limanlarından biridir və çoxsaylı beynəlxalq sertifikatlar da bunu təsdiq edir. Burada “görünməyən” məhdudiyyət - autizm, demensiya və Altsheymer xəstəliyi olan insanlar üçün də xidmətlər mövcuddur. Həmin xidmətlər sayəsində xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün uçuşlar daha rahat və az həyəcanlı olur. Heydər Əliyev Beynəlxalq Hava Limanında gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı lanyardlar tətbiq edilir.

2. Təşkilat komitəsinin təşəbbüsü ilə Toni Ettvudun “Asperger sindromu üzrə tam təlimat” kitabı bir neçə dilə tərcümə edilir. Kitab eşitmə qüsurlu insanlar üçün də surdotərcümə şəklində tərcümə olunacaq. Təqdirəlayiq haldır ki, kitabın tərcüməsi və nəşri layihəsinin üzərində işləyən bütün komanda fərqli inkişaf xüsusiyyətləri olan insanlardan ibarətdir. Belə ki, tərcümə işi ilə autizm spektr pozuntusu (ASP) olan Antonina Steynberq və Aleksey Voskov məşğul olublar. Korrektor filoloq, “Rus dili və ədəbiyyatı” ixtisası, filologiya elmləri namizədi, Asperger sindromu diaqnozu qoyulmuş oğlanın anası Vera Jibuldur. Kitab cildinin dizaynının müəllifi isə ASP-li Ayşə Məmmədlidir.

3. “Fərqli Fərdlər” konqresi zamanı, ümumilikdə 300-dən artıq şəxs diaqnostikadan keçib. İştirakçılar beynəlxalq mütəxəssislərdən ödənişsiz məsləhətlər alıb, xüsusi qayğıya ehtiyacı olan fərdlərin yaxınlarının təcrübəsini görüb və çıxışlarını izləyiblər. Xarici spikerlər tədbirdən sonra da yerli mütəxəssislərlə sıx əməkdaşlıq edirlər. Bundan əlavə, “Fərqli Fərdlər” tədbiri xüsusi maarifləndirici proqramın hazırlanmasına təkan verib.

4. Konqres yeni yaradıcı layihələrin reallaşmasına səbəb olub: yalnız xüsusi qayğıya ehtiyacı olan insanlardan ibarət bir çox uşaq üçün bədii kollektivlərdə çıxış etmək imkanı yaranıb, autizm spektr pozuntusu olan gənc qızın ssenarisi əsasında “Zaman maşını” adlı uşaq tamaşası nümayiş etdirilib.

5. Autizmli uşaqların valideynləri üçün xüsusi dəstək klubu fəaliyyət göstərir. Klub üzvləri hər ay toplaşaraq təhsil, təlim tərbiyə, uşaqların gələcəyi mövzusunda müzakirələr aparır və bir-birilərinə dəstək olurlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib