“Ferrari” pilotu Şarl Lekler: Liderliyi əldə saxlamaq çətin olacaq
Bakı, 28 aprel, AZƏRTAC
Unutmamalıyıq ki, bolidimiz hələ də rəqabətdə “Red Bull”a uduzur. Bu səbəbdən də liderliyi əldə saxlamaq çətin olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran-Prisində sıralanma turunu ilk pillədə bitirən “Ferrari” pilotu Şarl Lekler deyib.
O, öz çıxışından razı qaldığını söyləyib: “Yarış həftəsindən əvvəl fikirləşirdik ki, “Aston Martin” və “Mercedes”i qabaqlamalıyıq. Amma nəticədə sıralanma turunu birinci pillədə bitirdik. Bu, bizim üçün xoş sürpriz oldu. Dövrəni yaxşı başa vurdum. Bu həftə sonunda bütün sürücülərin qarşısında çətin hədəf qoyulub. Çünki bir sərbəst yürüşümüz var. Bizi sabah - aprelin 29-da daha ciddi sınaq gözləyir. Yaxşı nəticə əldə etmək üçün çalışmalıyıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]