Festival: Basketbolçu qızların yarışı Fransanın çempionluğu ilə başa çatıb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızlardan ibarət basketbol komandalarının yarışı Fransa yığmasının çempionluğu ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışlarında finalında Macarıstan seçməsini 64:59 hesabı ilə məğlubiyyətə uğradan Fransa millisi festivalın qızıl medalını qazanıb.
Yarışda 5-6-cı yerlər uğrunda görüşdə isə Belçika komandası İtaliya yığmasına 70:58 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, bürünc medal uğrunda görüşdə Rusiya millisini Çexiyanı (53:43), 7-8-ci yerlər uğrunda qarşılaşmada isə Polşa yığması Türkiyəni (71:65) məğlubiyyətə uğradıb.
Bununla da festivalda qız basketbolçuların mübarizəsinə yekun vurulub.