FEVRAL AYINDA “AZƏRENERJİ”NİN MÜƏSSİSƏLƏRİNDƏ XEYLİ ŞƏRTİ YANACAĞA QƏNAƏT OLUNMUŞDUR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fevral ayında istilik elektrik stansiyalarında 1 kilovat-saat elektrik enerjisi istehsalına, orta hesabla, 385,1 qram şərti yanacaq sərf olunmuşdur. Beləliklə, 2003-cü ilin fevralı ilə müqayisədə energetiklər 6 min 98 ton şərti yanacağa qənaət etmişlər.
Respublikanın bütün istilik elektrik stansiyalarında cari ilin fevral ayında 3 min 434 ton şərti yanacağa qənaət olunmuşdur ki, bu da enerji bloklarında vaxtında aparılan profilaktik və bərpa tədbirlərinin nəticəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]
Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb
- 30.09.2026 [11:30]