Fevral ayının ikinci yarısında qanunsuz ov edənlər 9 min manat məbləğində cərimələnmişlər
Bakı, 3 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları qanunsuz ov hallarının, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədi ilə fevralın 16-dan 28-dək ölkə ərazisində reydlər keçirmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reydlər zamanı 10 nəfər saxlanılaraq, onlardan ümumilikdə 10 ov tüfəngi, 47 patron və qanunsuz ovlanılmış 10 quş götürülmüşdür.
Faktlarla bağlı akt və protokollar tərtib edilərək 9 nəfər qanun pozucusu inzibati qaydada, ümumilikdə 9 min manat məbləğində cərimə olunmuşdur. Sənədlərini təqdim etməyən 1 nəfər qanun pozucusu barəsində toplanmış materiallar və maddi sübut kimi götürülmüş ov silahı isə tədbir görülməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinə göndərilmişdir.
ETSN-in əməkdaşları tərəfindən reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]