Fevralın 9-u Beynəlxalq Təhlükəsiz İnternet Günüdür
Bakı, 9 fevral, AZƏRTAC
Beynəlxalq Təhlükəsiz İnternet Günü (“International Safer Internet Day”) hər il fevralın ikinci həftəsinin çərşənbə axşamı qeyd edilir.
AZƏRTAC xəbər verir ki, 2020-ci ildə “Birlikdə daha yaxşı internet üçün” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü fevralın 9-na təsadüf edir.
Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 170-dən çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. İldən-ilə bu günün qeyd olunmasının coğrafiyası genişlənir.
“Insafe” Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaqdır. Hər milli mərkəz daha yaxşı internetin yaradılmasına faktlar əsasında və çoxtərəfli yanaşmanı təmin etmək məqsədilə məlumat və maarifləndirmə kampaniyaları təşkil edir, qaynar xətti dəstəkləyir, gənclərlə sıx əməkdaşlıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]