FHN dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
Bakı, 7 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.
“Qeyd olunanları nəzərə alaraq, FHN kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin olunması məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır. Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]