FHN-in nümayəndələri panel sessiyada iştirak ediblər
Bakı, 4 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisində təşkil olunan panel sessiyasında iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sessiyada FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova “Karbon emissiyasının azaldılması istiqamətində nüvə enerjisinin rolu” və “Atom elektrik stansiyalarının istismarının ətraf mühitə təsiri” mövzularında təqdimatla çıxış ediblər.
Agentliyin nümayəndələri iştirakçıları maraqlandıran sualları cavablandırıblar.