FİNALA VƏSİQƏ QAZANAN İDMANÇILAR MƏLUM OLMUŞDUR
Bakının 11 rayonundan 100-dək idmançının mübarizə apardığı birinciliyin qalibləri artıq məlumdur. Güllə atıcılığı üzrə turnirdə Xətai rayonundan Cəbrayıl Abışov 42 xalla birinci yer tutmuşdur. 100 metr məsafəyə qaçışda Sabunçu rayonundan Emil Səfərov 12,4 saniyə göstərici ilə lider olmuşdur.
Turnikdə dartınmada isə Nizami rayonundan Orxan Qədirov 27 dəfə nəticə ilə qalib gəlmişdir. Komanda hesabında Xətai rayonu birinci, Suraxanı ikinci, Nizami üçüncü yerləri tutmuşlar. İlk iki yeri tutan komandalar oktyabrın 29-da Qax şəhərində keçiriləcək final görüşlərinə vəsiqə qazanmışlar.