“FINCA Azerbaijan”ın Salyan filialı ağacəkmə aksiyasına başlamışdır
Bakı, 8 mart (AZƏRTAC). Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı ənənəvi olaraq hər il ölkənin müxtəlif bölgələrində yaşıllaşdırma aksiyaları təşkil edir.
Bu ilin martında “FINCA Azerbaijan”ın Salyan, Goranboy, Lənkəran, İsmayıllı və Tovuz filialları tərəfindən yaşıllaşdırma aksiyalarının təşkili planlaşdırılmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, ilk ağacəkmə aksiyası Salyan filialı tərəfindən şəhərin Bayraq Meydanında keçirilmişdir. “FINCA Azerbaijan”ın Salyan filialının işçi heyətinin, yerli icra hakimiyyəti orqanının və yaşıllaşdırma idarəsinin nümayəndələrinin iştirakı ilə 100 ədəddən çox küknar ağacı əkilmişdir.
Növbəti həftə ərzində “FINCA Azerbaijan”ın Lənkəran, İsmayıllı və Goranboy filialları da ağacəkmə aksiyalarına qoşulacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]