Finlandiya koronavirusla bağlı məhdudiyyətləri yumşaltmağa hazırlaşır
Stokholm, 23 aprel, AZƏRTAC
Finlandiyanın Baş Naziri Sanna Marin ölkəsinin koronavirusla bağlı məhdudiyyətləri may ayında tədricən zəiflədəcəyini bəyan edib.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, hökumət başçısı, həmçinin COVID-19-la bağlı vəziyyətin ölkədə hələ də ciddi olduğu barədə xəbərdarlıq edib. O, jurnalistlərə müsahibəsində bildirib ki, məktəblərin yenidən açılacağına dair qərar qəbul edilərkən virusun yayılması riskləri və distant təhsil almaqda çətinlik çəkən uşaqlar nəzərə alınmalıdır.
Sanna Marin ölkədə koronavirusun yayılmasının qarşısının alınmasında hökumətin əvvəlki kimi səy göstərdiyini qeyd edib. İnsanların ən həssas qruplarının qorunmasının vacibliyini vurğulayan S. Marin etiraf edib ki, virusun yayılmasına qarşı mövcud tədbirlərin ləğv edilməsi ilə bağlı məsələlər hələlik müzakirə olunmayıb. Amma, onun sözlərinə görə, Finlandiya cari ilin may ayında koronovirusla bağlı bəzi məhdudiyyətləri tədricən yumşaltmağı planlaşdırır.
Finlandiya Səhiyyə və Sosial Təminat İnstitutunun məlumatına görə, ölkədə 4 min 129 nəfərdə COVİD-19 virusuna yoluxma halı qeydə alınıb. Bu virusdan həyatını itirənlərin sayı isə 149 nəfərdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]