Azərbaycan Dövlət İnformasiya Agentliyi

FİNLANDİYA PREZİDENTİ TARYA HALONENİN BƏYANATI

- Hörmətli cənab Prezident! 

Hörmətli xanımlar və cənablar!

Mən də öz tərəfimdən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm.

Mənim Azərbaycana ilk səfərim təqribən 9 il bundan əvvəl, 1996-cı ildə baş tutmuşdu. Mən ölkənizdə baş verən dəyişiklikləri görməkdə çox maraqlı idim. Görürəm ki, bu dəyişikliklər iqtisadi sahədə çox sürətlə gedir. Bir çox işlər görülür, böyük irəliləyiş əldə olunubdur. Sizə gələcəkdə bu istiqamətdə daha böyük uğurlar arzulayıram. Gələcək planları müzakirə etmək bizim üçün çox maraqlı idi.

Həyat yoldaşım da səfər zamanı məni müşayiət edir. Sizin siyasi inkişafla bağlı əldə etdiyiniz nailiyyətləri eşitməkdən çox məmnun oldum. Biz bilirik ki, noyabr ayında ölkənizdə parlament seçkiləri keçiriləcək və siz həmin seçkilərdə üzvü olduğunuz Avropa Şurasının dəyərlərinin də nümayiş etdirilməsinə çalışacaqsınız.

Sabah biznes forumu keçiriləcək, ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün mövcud olan imkanlar müzakirə ediləcəkdir. Cənab Prezident, Sizin burada qeyd etdiyiniz kimi, artıq iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün zəmin yaradılıbdır. Bu gün nazirlər tərəfindən imzalanan iki sənəd ümumi işlərimizdə irəliyə doğru atılmış addım olacaqdır. Ümid edirəm ki, biznes forumundan sonra daha fəal əməkdaşlıq edə biləcəyik.

O ki qaldı regional məsələlərə, Siz bilirsiniz ki, mən keçmişdə Azərbaycana səfər etmişdim. Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatım vardır. Mən bilirəm ki, Minsk qrupu fəaliyyətə başlayandan etibarən bu sahədə hələ müsbət dəyişikliklər olmamışdır. Avropa İttifaqı bu məsələnin aradan qaldırılmasında çox maraqlıdır. ATƏT, o cümlədən digər təşkilatlar bu münaqişənin həllinə maraq göstərirlər. Xatırlatmaq istəyirəm ki, Avropa İttifaqı finlandiyalı diplomat Heyki Talvitiyeni Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi təyin etmişdir.

Mən “Yeni qonşuluq siyasəti”nə dair bir neçə söz demək istəyirəm. Siz bunun Azərbaycan üçün nə qədər vacib olduğunu artıq qeyd etdiniz. Lakin onu demək istəyirəm ki, bu, həmçinin Avropa İttifaqı üçün də vacibdir. Avropa İttifaqı alınmaz böyük qala deyildir. Görürsünüz ki, Avropa İttifaqı yeni üzvlər qəbul edir. Burada Rumıniya və digər ölkələr var, daha sonra Ukraynanın məsələsi var. Mən çox ümid edirəm ki, bundan sonra digər ölkələrin namizədliklərinə də baxılacaqdır.

Lakin buna qədər ölkəniz həmin siyasət çərçivəsində lazımi addımların atılmasını həyata keçirməlidir. Hesab edirəm ki, Avropa İttifaqının “Yeni qonşuluq siyasəti” çərçivəsində biz mümkün qədər qısa müddətdə ölkələrimizin maraqlarına uyğun olaraq bir çox irəliləyişlər əldə edə biləcəyik.

Yeri gəlmişkən, onu da deyim ki, mən Azərbaycan Prezidentini Finlandiyaya rəsmi səfərə dəvət etdim. O, bu dəvəti məmnunluqla qəbul etdi.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Cənab Prezident İlham Əliyev, buradakı müxalifəti hansı xarici mənbələr maliyyələşdirir?

Mənim digər sualım xanım Halonenədir. Siz Azərbaycanda demokratiyanın vəziyyətini necə qiymətləndirirsiniz?

İLHAM ƏLİYEV: Mənim cavabım çox qısa olacaq. Mən sizə tövsiyə edirəm ki, belə bir sualı müxalifətə verəsiniz və ətraflı məlumat alarsınız.

TARYA HALONEN: Mən hesab edirəm ki, Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazdakı demokratik proses inkişaf etməkdədir. Ümumiyyətlə, demokratiya elə bir imtahan deyil ki, yaxşı qiymət alıb, o imtahandan keçəsiniz. Ona görə, hansı ölkə ki, insan hüquqlarını, Avropa Şurasının digər dəyərlərini, prinsiplərini qəbul edibsə, hazırda bunların tam bərqərar olunması üçün lazımi işlər görür. Müəyyən ölkələrə bu prosesi tam başa çatdırması üçün daha çox vaxt lazım olur. Ona görə hesab edirəm, və mənim həmkarım cənab Prezident də deyir ki, Cənubi Qafqazda hələ görülməli müəyyən işlər var.

Azərbaycana gəldikdə isə, mən çox məmnun oldum. Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra həmin təşkilatla münasibətlər daha sıx qurulmuşdur. Cənab Prezident, Avropa Şurasında o vaxt Siz də fəaliyyət göstərmisiniz. Mən hesab edirəm, bir çox işlər görülübdür. Bu işlər, Azərbaycanın gördüyü işlər Avropa Şurasının sənədlərində də öz əksini tapmışdır. Bununla belə, indi bir çoxlarının diqqəti məhz parlament seçkilərinə yönəlibdir.

Ümumiyyətlə, müxalifət elə bir məfhumdur ki, o, heç vaxt hökumət tərəfindən seçilmir. Müxalifət, müxalifətdir. O mövcuddur, öz fəalliyətini aparır. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycanda demokratiya sahəsində işlər görülür. Hesab edirəm ki, Avropa Şurasının meyarlarına uyğun işlərin görülməsində hökumətin və cənab Prezidentin xüsusi mövqeyi vardır. Avropa Şurasının hüquqi sahədə verdiyi tövsiyələr var idi. Biz çox məmnunluqla qeyd edirik ki, bu tövsiyələr yerinə yetirilmişdir. Fikrimcə, gəlin, noyabrı gözləyək, seçkilər keçirilsin. Mən sizə bu sahədə uğurlar arzulayıram, sizi dəstəkləyirəm. Əminəm ki, hökumət bu seçkilərin lazımi səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

SUAL: Mənim sualım xanım Tarya Halonenədir. Bilirik ki, Finlandiya Avropa İttifaqına sədrlik edəcəkdir. Sədrliyiniz zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Finlandiyanın mövqeyi necə olacaq və siz Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə hansı dəstəyi verirsiniz?

TARYA HALONEN: Bilirsiniz, biz istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi mümkün qədər qısa müddətdə sülh yolu ilə həll olunsun. Biz istəmirik ki, bir ölkənin mövqeyi keçsin, digər ölkənin mövqeyi qalsın. Biz istəyirik bu, elə bir həll yolu olsun ki, hər iki tərəf onu qəbul edə bilsin və hamı bu nizamlama yolundan məmnun olsun. Beləliklə, Finlandiya ATƏT-in bu sahədə gördüyü işi dəstəkləyir. Siz bilirsiniz ki, biz xüsusi diqqət yetirərək, Avropa İttifaqının da xüsusi nümayəndəsinin təyin olunmasına çox çalışdıq və bu iş yerinə yetirildi. Burada söhbət sadə bir işdən getmir. Çünki bu regionda digər ölkələr də var ki, onlar da münaqışələrlə üzləşib və onlar da eyni addımları ataraq, bu münaqişələri aradan qaldırmağa çalışırlar.

Bəli, bir tərəfdən, ATƏT var, digər tərəfdən, Avropa İttifaqı da var. Mən hesab edirəm ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin möhkəmləndirilməsi həmin problemin çözülməsinə müəyyən töhfə verə bilər.

Digər məsələlər haqqında danışsaq, sizi əmin etmək istəyirik ki, Finlandiya həmin təşkilatlarda sədrlik edəcəyi dövrdə bundan sonra da daha fəal işləyərək, həm Gürcüstana, həm Ermənistana, həm də Azərbaycana lazımi dəstək verilməsinə çalışacaqdır. Çünki Avropa İttifaqının “Yeni qonşuluq siyasəti” bir çox müsbət nəticələr verəcək, Avropanın ümumi irsinin, ümumi dəyərlərinin bu ölkələrə gətirilməsində və bərqərar olunmasında möhkəm yardım və dəstək göstərəcəkdir. Lakin bu cür məsələlərin həlli məhz tərəflərin əlindədir.

SUAL: Mənim sualım Finlandiyanın Prezidenti xanım Tarya Halonenədir. Sizin fikrinizcə, Cənubi Qafqaz regionunda hansı münaqişə daha narahatedicidir?

TARYA HALONEN: Mən hesab edirəm ki, bu suala artıq cavab verdim. Əvvəlki səfərimdən sonra hər üç Cənubi Qafqaz ölkəsində böyük irəliləyişlər əldə edilmişdir. Gəlin, ümidvar olaq ki, bu ölkələr arasında da əməkdaşlıq baş tutacaqdır. Çünki bir var, ayrı olmaq, bir də var, birlikdə işləmək, birgə əməkdaşlıq etmək. Ona görə, hesab edirəm ki, hər üç ölkə demokratik təsisatlar baxımından böyük nailiyyətlər əldə etmişdir və onların indi gördüyü işlər, atdığı addımlar təqdirəlayiqdir. Onlar öz ölkələrində daha demokratik cəmiyyətin qurulmasına çalışırlar. Hamı bilir ki, bəzi problemlər də var.

Məsələn, korrupsiya problemi bəzi ölkələrdə hələ də həllini tapmayıbdır. Ölkənin harada yerləşməsindən asılı olmayaraq, yəni istər Avropa, istər Amerika, istərsə də Asiya ölkəsi olsun, korrupsiya problemi və digər problemlər hələ qalmaqdadır. Bunlar öz həllini tapmalıdır. Mən hesab edirəm ki, bu cür mürəkkəb problemlərin həllinin yolu birgə səylərdən keçir. Düşünürəm ki, belə olsa, vətəndaşlar və müəssisələr daha hüquqi cəmiyyətdə yaşaya bilər. Gördüyü işlərdən asılı olmayaraq, onlar üçün lazımi şərait və təhlükəsizlik mühiti yaradıla bilər. Görürəm ki, bu sahədə bir çox işlər görülmüşdür. Lakin bundan sonra da işlər davam etdirilməlidir və biz də öz tərəfimizdən bu sahədə sizə yardım edəcəyik.

SUAL: Mənim sualım hər iki prezidentədir. Siz sabah keçiriləcək Azərbaycan-Finlandiya biznes forumunun ikitərəfli iqtisadi əlaqələrə təsirini necə qiymətləndirirsiniz və Azərbaycanın iqtisadiyyatının hansı sahəsi Finlandiya sərmayələri üçün daha cəlbedicidir?

TARYA HALONEN: Bu sualı iş adamlarına versəniz, bəlkə də daha yaxşı olardı. Zənnimcə, siz bu gün bir çox müzakirələrin şahidi oldunuz. Lakin hesab edirəm, müəyyən sahələr var ki, onlar bizim iş adamları üçün maraqlı ola bilər. Tutaq ki, maşınqayırma sahəsi. Bilirəm ki, müəyyən iş adamları var, onlar buraya sərmayə qoymağa maraqlıdırlar. Eyni zamanda, ümid edirəm ki, yüksək texnologiyalar sahəsinə maraq ola bilər. Çünki Finlandiyanın bu sahədə çox böyük təcrübəsi var. Onu da deyim ki, bu texnologiyalar təkcə mobil telefonlarla məhdudlaşmır.

Demək istəyirəm ki, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində yaxşı işbirliyi qurmaq mümkündür. Eyni zamanda, bəlkə də bu, çox təəccübləndirici deyil, lakin hesab edirəm ki, turizm sahəsi də inkişaf edə bilər. Bu da əsas prioritetlərdən biridir. Çünki mən bilirəm, Cənubi Qafqazda bu sahənin inkişafı üçün yaxşı imkanlar və şərait var. Bu sahədə sərmayələr qoyula bilər.

Turizmin iki tərəfi var. Turizm nəinki davamli inkişafın vacib bir amilidir, eyni zamanda, iki ölkə arasında daha çox məlumat mübadiləsinə imkan yarada bilər. Siz bu sualı bizim ticarət və sənaye nazirinə versəydiniz, daha yaxşı olardı. Çünki cənab nazir bu suala daha ətraflı cavab verə bilərdi.

İLHAM ƏLİYEV: Mən hesab edirəm, bu tədbir biznes icmaları üçün yaxşı bir tanışlıq imkanı olacaqdır. Onlar birgə sərmayələr üçün hansı imkanların olduğunu müzakirə edəcəklər. Hesab edirəm, təqdirəlayiq bir haldır ki, bu cür tədbirlər sürətlə inkişaf edən ölkələr arasında keçirilir. Bu, bir çox ökələrdən olan şirkətlərin ölkəmizə olan marağını artırır.

Bizim ölkənin iqtisadiyyatına son illər ərzində 25 milyard dollardan çox sərmayə yatırılmışdır və bu sahədə apardığımız siyasət çox uğurlu olmuşdur. İqtisadiyyatın bütün sahələri bundan bəhrələnə bilər. Bir çox sərmayələr əsasən neft və qaz sahəsinə yatırılmışdır. Bu da təbiidir. Çünki bizdə bu sənaye inkişaf etmişdir. Sübhəsiz ki, neft və qaz sənayesi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Lakin hazırda bizim diqqətimiz məhz qeyri-neft sektoruna yönəldilibdir. Biz çalışırıq ki, yeni infrastruktur yaradılsın, yeni obyektlər tikilsin. Bizim böyük planlarımız var və ilk növbədə, elektrik stansiyalarının tikilməsi, su və qaz təchizatı sistemlərinin istismara verilməsi, səhiyyə və təhsil sahələrində yeni işlərin görülməsi vacibdir. Bütün bunlar həm hökumətdən, həm yerli şirkətlərdən, həm də xarici şirkətlərdən sərmayələrin yatırılmasını gözləyir.

Şübhəsiz ki, əgər hər hansı bir xarici şirkət bizim ölkəyə sərmayə qoymaq istəyirsə, ilk növbədə, maraqlanır ki, burada biznes fəaliyyəti üçün hansı mühit var, hansı hüquqi əsaslar var. Mən əminəm ki, onlar buradakı vəziyyəti öyrəndikdən sonra görəcəklər ki, Azərbaycan sərmayələrin qoyulması üçün yaxşı potensialı olan ölkədir və bundan sonra finlandiyalı dostlarımız, Finlandiya şirkətləri Azərbaycana maraqlarını artıracaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib