FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM TARYA HALONENƏ
Hörmətli xanım Prezident,
Finlandiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Finlandiya əlaqələrinin genişlənməsinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 noyabr 2004-cü il.