Azərbaycan Dövlət İnformasiya Agentliyi

Finlandiyada şahzadə Qacarın unudulmuş məzarı aşkar edilib

Finlandiyada şahzadə Qacarın unudulmuş məzarı aşkar edilib

 

Helsinki, 20 iyul, AZƏRTAC

Yazıçı-tərcüməçi Tahirə Cəfərovanın “Suomi azərbaycanlıları” adlı essesində tarixi hadisələr və qlobal kataklizmlər nəticəsində müxtəlif illərdə Finlandiyada məskunlaşmalı olan azərbaycanlıların taleyindən söhbət açılır.

Tahirə Cəfərova AZƏRTAC-ın müxbirinə müsahibəsində müəllifi olduğu essedən, Finlandiya Milli Arxivindəki araşdırmaları zamanı bu ölkədə yaşayan həmvətənlərimiz haqqında öyrəndiklərindən söz açır.

Fin ədəbiyyatının tərcüməçisi olan yazıçı Azərbaycan Yazıçılar Birliyinin, Finlandiya Yazıçılar İttifaqının (SKTL), Avropa Ədəbi Tərcüməçilər İttifaqları Assosiasiyasının (CEATL), Tampere şəhəri Yazıçılar İttifaqının (“Pirkkalais kirjailijat ry”), Finlandiya Pen-klubunun üzvüdür.

Esse əslən Bakıdan olan, Azərbaycan-Finlandiya ədəbi əlaqələrinin inkişafı üçün çox işlər görmüş bu qeyri-adi xanımın şəxsi taleyi ilə də sıx bağlıdır. T.Cəfərova bu yaxınlarda “Gövhəri laməkan mənəm” adlı Azərbaycan poeziyası antologiyasının fin dilində tərcüməsini hazırlayıb. Antologiya onun səyləri ilə Helsinkidə nəşr olunub.

T.Cəfərova deyir ki, onun essesində Finlandiya Milli Arxivində aşkar edilmiş, köhnə fin mətbuatından, məsələn 1930-cu illərdə Tampere şəhərində çıxan, müsəlman əhali üçün nəzərdə tutulan “Yeni Turan” qəzeti kimi nadir mənbədən götürülmüş unikal məlumatlar təqdim olunur. Müəllif məzarını axtarıb-tapdığı və ziyarət etdiyi azərbaycanlı general-mayor Qacar haqqında tarixi dəyər kəsb edən faktlardan danışır. Esse oxucunu mühacirət həyatına Finlandiyada başlayan tanınmış siyasi xadim Məmməd Əmin Rəsulzadə ilə tanış edir. O, başqa həmvətənlərimizdən də yazır. Onlar barəsində zərrə-zərrə topladığı, fin dilindən tərcümə etdiyi məlumatlar böyük və faciəli tarixin şəhadətidir.

-Tahirə xanım, bu məlumatları necə aşkar edə bildiniz?

-Onları axtarıb tapmaq asan deyildi. Finlandiya Milli Arxivinə gəlib bu ölkədə yaşayan azərbaycanlılar haqqında materialları göstərməyi xahiş edəndə, mənə dedilər ki, onlarda belə materiallar yoxdur. Mən onları özüm axtarmağa başladım. İçərisində sənədlər olan qovluqları səbir və hövsələ ilə incələdim, kartotekaları öyrəndim, tarixçi və arxivçiləri sorğu-suala tutdum. Uzun sürən axtarışlarım hədər getmədi.

-Tahirə xanım, general-mayor Qacarın məzarının Helsinkidə olması barədə məlumat, yəqin ki, sizdə güclü təəssürat oyatdı. Zəhmət olmazsa deyin, orada adlı-sanlı Qacarlar nəslindən kim dəfn olunub?

-Məşhur Bəhmən Mirzə Qacarın nəvəsi şahzadə Əkbər Mirzə Qacar (1854-1919) çar Rusiyası ordusunun Finlandiyada yerləşən hərbi hissələrində xidmət edib, istefaya çıxıb və çox güman, Helsinkidə yaşamağa başlayıb. O, 1919-cu ildə vəfat edib. Yəqin ki, inqilabi təlatümlər 73 yaşlı generala təsirsiz ötüşməyib.

-Tahirə xanım, Əkbər Mirzə Qacarın məzarı haradadır və o məzarı görəndə hansı hissləri keçirdiniz?

-Məzar Lapinlahtidə müsəlman qəbiristanındadır. Əsasən Finlandiyada yaşayan tatarların ailə üzvlərinin dəfn olunduğu bu qəbiristan yetərincə baxımlı, təmiz və hətta gözəldir, gül-çiçək içindədir. Başdaşı yazıları ya rus, ya ərəb, ya da türk dillərindədir. Mən çox təəccübləndim ki, general-mayor Əkbər Mirzə Qacarın məzarı təqribən 100 ildir qayğı ilə qorunur. Qəbiristan işçisi kömək etməsəydi, məzarı tapa bilməzdim. O, fəxrlə dedi ki, burada iranlı şahzadə dəfn edilib və dərhal da əlavə etdi: “Rus dilində “müvəqqəti dəfn olunub” sözləri yazılıb, amma həmişəlik burada qalıb”.

Məlum oldu ki, başdaşı illərin təsiri ilə yana yatıb, rəngi tutqunlaşıb və üzərindəki yazılar da zorla oxunur. Görünür, məzar daşındakı yazıları atasını dəfn etməyə gələn oğlu Rüknəddin Mirzə Qacar yazdırıb.

-Yazının oğlu tərəfindən yazdırılması barədə hər hansı sübut varmı?

-Bəli, generalın oğlunun Helsinkiyə gəlməsi, 1918-ci il dekabrın 11-də “Privat” otelində yerləşməsi barədə sənəd var. Rüknəddin Qacar gələcəkdə atasının nəşini tarixi Vətənə aparmağa ümid bəsləyirdi. Amma XX əsrin hadisələri elə təlatümlü oldu ki, bunu edə bilmədi. Buna görə general indiyə qədər Finlandiya torpağında uyuyur.

-Maraqlıdır, finlər bu fakta necə münasibət bəsləyirlər?

-Əminlik hissi ilə deyə bilərəm ki, finlər general-mayorun məzarının onların ölkəsində olması ilə fəxr edirlər, çünki qəbiristanın arxivində bu məzar böyük ehtiramla qorunan üç məzar arasındadır. Orada yazılanları tərcümə edirəm: “Müsəlman qəbiristanında adlı-sanlı şəxsin - İran şahzadəsi Əkbər Mirzə Qaçarın məzarı yerləşir. O, rus ordusunun Finlandiyada yerləşən hissələrində xidmət edib və 1919-cu vəfat edib. Məzar əvvəlcə müvəqqəti nəzərdə tutulsa da, şahzadə indiyədək bu məzarda uyuyur. Tozağacının altında yerləşən məzarın üzərində tacir zümrəsindən olan şəxslər üçün tələb olunan qranit daş qoyulub. Daşın üzərində qızılı hərflərlə yazı həkk edilib. Başdaşının özü sadədir. Rus dilində olan yazı çətinliklə oxunur”.

-Necə olub ki, indiyə qədər bu barədə məlumatımız olmayıb?

-Bəli, həmvətənlərimizin adlı-sanlı həmyerlimizin məzarı barədə indiyə qədər məlumatlı olmaması məni də təəccübləndirdi. Axı üç ildən sonra onun vəfatının 100 illiyi tamam olacaq. Buna görə də “Suomi azərbaycanlıları” adlı essemdə bu barədə yazmağı və ilk növbədə mətbuatı məlumatlandırmağı qərara aldım. Ümidvaram ki, mənim informasiyam qədirbilən oxucuların rəğbətini qazanacaq. Bəlkə də imkanlı adamlar arasında elə bir mesenat tapılacaq ki, şanlı generalın layiqli başdaşı üçün pulunu əsirgəməyəcək. Axı məzar Finlandiyadadır.

Nigar Cəfərova

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb