Fizika İnstitutu alimlərinin italiyalı həmkarları ilə birgə seminarı
Bakı, 31 mart, AZƏRTAC
Fizika İnstitutunun Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri, dosent Nahidə Musayeva və laboratoriyanın gənc mütəxəssisləri İtaliyanın CNR - İMEM ( Elektronika və Maqnetizm üçün Materiallar) İnstitutu və Parma Universitetinin bir qrup alimləri - Klaudio Ferrari, professor Françesko Sanson və başqaları ilə birlikdə onlayn seminarda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Fizika İnstitutundan məlumat verilib. Bildirilib ki, seminarda məqsəd NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının “İnsan iştirakı olmadan partlayıcı aşkar etmək üçün portativ sensorlar“ adlı layihəsi çərçivəsində birgə aparılan elmi tədqiqat işlərinin nəticələrini müzakirə etmək olub. Tədbirdə, həmçinin nəzərdə tutulan planlar müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:44]
Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng
- 08.10.2026 [12:20]