Formula 1 Bəhreyn Qran-Prisində Hemilton və Ferstappen arasında maraqlı mübarizə gözlənilir
Qahirə, 25 mart, AZƏRTAC
Formula 1 dünya çempionatının 23-cü mövsümünün həftəsonu keçiriləcək ilk mərhələsində qələbəyə iddiaçılardan biri - “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen Bəhreyn Qran-Prisində səkkizinci dəfə qalib olmaq istəyən “Mercedes”in pilotu Lyuis Hemiltonun əsas rəqibi olacaq.
AZƏRTAC xəbər verir ki, Sahir trasında qələbə qazanmaq şansını yüksək qiymətləndirən 23 yaşlı Ferstappen ötən il Yas Marina avtodromunda “Mercedes”in altıillik hegemonluğuna son qoya bilib. Niderlandlı pilot mövsümün ilk yürüşü ilə bağlı deyib: “Mən və təmsil etdiyim komanda ən yüksək zirvəni fəth etməyə hazırıq. Bəhreyn trasını çox bəyənirəm və burada nəyə qadir olduğumuzu göstərəcəyik”.
Ferstappen Sahir trasında üç sınaq yürüsündən ikisində finişə birinci çatıb. Bu yürüşlərdə “Red Bull”dan geri qalan “Mercedes”in rəhbəri Toto Volff bildirib ki, rəqib yüksək performans nümayiş etdirsə də, kimin qələbə qazanacağı əsas yürüş günü məlum olacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]