Bakı, 29 aprel, AZƏRTAC
Daha bir pilot Formula 1 Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, “Haas” komandasının pilotu Roman Qrojanın idarəetməni itirməsi nəticəsində onun bolidi baryerə toxunub və yararsız hala düşüb.
Hazırda 14 pilot birincilik uğrunda mübarizə aparır.