Formula 1 Mexiko Qran-Prisinin üç fərqli afişası təqdim edilib
Bakı, 13 fevral, AZƏRTAC
Formula 1 Mexiko Qran-Prisinin təşkilatçıları yürüşün üç fərqli afişasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, cari ildə keçiriləcək Meksika Qran-Prisinin adı sponsorlar və şəhər rəhbərliyinin dəstəyi ilə dəyişdirilib. Bundan sonra yarış Mexiko Qran-Prisi adlandırılacaq. Yarışın afişası azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.
Mexiko Qran-Prisinin marketinq üzrə direktoru Rodriqo Sançes Peraza deyib: “Bu il biz hər şeyi yenidən etmək istəyirik. Əsas məqsədimiz azarkeşləri təəccübləndirməkdir. Onun üçün uç fərqli afişa hazırladıq. Çalışdıq ki, afişalarda Formula 1 həyəcanını azarkeşlərə təqdim edək”.
Qeyd edək ki, Mexiko Qran-Prisi noyabrın 1-də təşkil olunacaq.