FÖVQƏLADƏ HALLAR NAZİRİ TÜRKİYƏDƏ İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, nazir səfərinin ilk günü Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin nəzdində Acil Durum Yönətimi Genel müdiri Həsən İpəklə görüşmüş, iki dost və qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin təmsil etdikləri qurumlar arasında da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Həsən İpək rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, kadr potensialı, ölkədə və xaricdə baş verən təbii fəlakətlər, fövqəladə vəziyyətlərdə zərər çəkmiş bölgələrə yardım göstərilməsi ilə bağlı görülən işlərdən danışmış, yeni formalaşan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə hər cür kömək etməyə hazır olduqlarını söyləmişdir.
Kəmaləddin Heydərov həmin gün Türkiyənin Milli Güvənlik Qurumunun Baş Katibliyinə gedərək, qardaş ölkə xilasedicilərinin işləri barəsində məlumat almış, çoxsaylı suallara cavab vermişdir. O, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilini zəruri edən amillərdən danışmışdır.
Qonaq Mülkü Müdafiə Qərargahında, Türkiyənin Qızıl ay Mərkəzində də olmuşdur.
Martın 8-də Kəmaləddin Heydərov Türkiyə Baş nazirinin müavini, idman və gənclər məsələlərinə rəhbərlik edən dövlət naziri Mehmet Əli Şahinlə görüşmüş, fövqəladə hallar, fəlakətlər zamanı iş birliyinin perspektivlərini müzakirə etmişdir. Əli Şahin bildirmişdir ki, onun bu il aprelin sonu - mayın əvvəlində Azərbaycana nəzərdə tutulan səfəri zamanı imzalanacaq sənəd əməkdaşlığın daha da inkişafı üçün əlverişli zəmin yaradacaqdır.
Kəmaləddin Heydərov demişdir ki, Azərbaycanın hökumət rəsmiləri ulu öndər Heydər Əliyevin “Bir millət - iki dövlət” kəlamını əsas tutaraq, ilk səfərlərini Türkiyəyə edir, bütün məsələlərin həllinə eyni mövqedən yanaşmağı üstün tuturlar. Nazir həmçinin Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlardan danışmış, Taekvondo Federasiyasının prezidenti kimi, Türkiyə idmançılarını Bakıda təlim-məşq toplanışına dəvət etmişdir.
Fövqəladə hallar naziri Türkiyə Bayındırlıq Nazirliyi Təbii Fəlakətlər Baş İdarəsində qurumun fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Kəmaləddin Heydərov Ankarada Azərbaycan səfirliyinin əməkdaşları ilə də görüşmüş, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində onların da üzərinə böyük vəzifələr düşdüyünü vurğulamışdır.
Azərbaycan fövqəladə hallar nazirinin səfəri iki ölkənin uyğun qurumları arasında əlaqələrin yaranması və inkişafında müsbət rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb
- 09.10.2026 [23:50]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [18:57]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:49]
MDB məkanı üçün yeni töhfələr - TƏHLİL
- 09.10.2026 [18:39]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [18:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 09.10.2026 [18:24]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb
- 09.10.2026 [18:13]
“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- 09.10.2026 [18:07]
Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 09.10.2026 [18:03]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:59]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:57]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [17:55]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:47]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:46]
Səyyah: Qarabağda gördüklərim məni valeh etdi
- 09.10.2026 [17:41]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:39]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:38]