Fövqəladə Hallar Nazirliyi tərəfindən dezinfeksiya işləri davam etdirilir
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə dövlətimizin başçısı İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 28-dən etibarən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.
Hazırda dezinfeksiya işləri davam etdirilir.