ELM VƏ TƏHSİL
Fransa-Azərbaycan birgə elmi layihəsi davam edir
Bakı, 3 avqust (AZƏRTAC). Fransa Milli Araşdırmalar Mərkəzi (CNRS) və Azərbaycan Texniki Universiteti (AzTU) birgə beynəlxalq elmi layihə həyata keçirirlər.
AzTU-dan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində Parisdə və Bakıda elmi konfranslar keçirilir. Belə görüşlərdən biri cari ilin iyul ayında Parisdə təşkil olunmuşdur. Tədbirdə layihənin elmi rəhbərləri - Fransa tərəfdən Riçard Potye, Azərbaycan tərəfdən professor Mustafa Babanlı iştirak etmişlər.
Bundan başqa, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı Parisin uyğun ali məktəbləri ilə AzTU arasında əməkdaşlığın yaradılması istiqamətində bir sıra görüşlər keçirmişdir.
Müzakirələr bu ilin oktyabr ayında AzTU-da davam etdiriləcəkdir.