Fransa Milli Assambleyasının üç deputatı istefa verib
Paris, 11 iyul, AZƏRTAC
Fransa Milli Assambleyasının üç deputatının fəaliyyəti Konstitusiya Şurası tərəfindən qeyri-qanuni elan edildikdən sonra onlar istefa veriblər.
AZƏRTAC xəbər verir ki, bunlar “Respublika uğrunda birlikdə” (EPR) partiyasının deputatları Stefan Vojetta və Jan Losuq, “Respublika naminə Demokrtalar Birliyi” (UDR) partiyasından Brijit Barejdir.
Stefan Vojetta nəqliyyat xərcləri də daxil olmaqla, seçki kampaniyası zamanı çəkilən xərclərin əhəmiyyətli hissəsini qaydasız ödəməkdə, Brijit Barej bələdiyyə sədri olduğu müddətdə vəzifəsindən sui-istifadə etməkdə, Jan Losuq təşviqat xərclərini şəxsi bank hesabından istifadə edərək ödəməkdə və üçüncü tərəflərə 2024-cü il seçki kampaniyası üçün çəkilən xərclərin əhəmiyyətli hissəsini birbaşa ödəməyə icazə verməkdə ittiham olunur.
Konstitusiya Şurası elan edib ki, üç deputatın fəaliyyəti bir il müddətinə qeyri-qanuni elan olunub və deputatlar istefa veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]