Fransa Olimpiya Oyunları dövründə səhiyyə problemi ilə üzləşə bilər
Bakı, 7 mart, AZƏRTAC
Fransada yaxın aylarda dövlət və ictimai sektorda fəaliyyət ciddi şəkildə pozula bilər.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, Fransanın Ümumi Əmək Konfederasiyası (CGT) gələn həftə tətillə bağlı qərarını elan edəcək. Sosial dialoqla bağlı danışıqlar nəticəsiz başa çatdığı üçün Konfederasiya 3 sahə üzrə (dövlət xidmətləri, yerli xidmətlər, səhiyyə xidməti) tətil keçirməyi planlaşdırır. Qurumdan bildirilib ki, tətil Paris Yay Olimpiadası dövrünü də əhatə edəcək.
Qeyd edək ki, Parisdə Yay Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]