Fransa ordusunda koronavirusa yoluxanların sayı artıb
Paris, 11 aprel, AZƏRTAC
Fransa ordusunda 369 hərbiçinin koronavirusa yoluxduğu testlə təsdiqlənib. Bundan əlavə 867 yoluxma bəyan edilsə də, testlə təsdiqini tapmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Müdafiə naziri Florans Parli Senatın Xarici əlaqələr və müdafiə komitəsində dinləmələr zamanı deyib.
Bildirib ki, orduda 3800 hərbiçinin koronavirusa yoluxması ehtimal olunur.
Eyni zamanda, fevralda “Barxane əməliyyatı” çərçivəsində Sahel bölgəsində yerləşdirilmiş Fransa hərbi missiyası 1 və ya 2 ay müddətinə uzadıla bilər.
Həmçinin nazir ölkədə pandemiya ilə mübarizədə hərbiçilərin fəaliyyəti haqqında məlumat verib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]