FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB JAK ŞİRAKA
Əziz dost,
Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi və Sizin simanızda dost Fransa xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Fransa ilə dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ikitərəfli əlaqələrimizi bütün sahələrdə genişləndirmək üçün qarşılıqlı səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın fəaliyyətinə böyük ümidlərlə yanaşırıq. Ümidvaram ki, Siz, cənab Prezident, nizamasalma prosesində real irəliləyişə nail olmaq üçün bundan sonra da bütün imkanlardan istifadə etməyə çalışacaqsınız.
Bu əlamətdar gündə Sizə bir daha ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin–amanlıq və firavanlıq diləyirəm.
Ən səmimi hisslərlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul 2004-cü il.