Fransada həmkarlar ittifaqı 2026 büdcə layihəsinə qarşı etiraz aksiyasına çağırış edib
Paris, 20 oktyabr, AZƏRTAC
Fransanın nüfuzlu həmkarlar ittifaqı olan CGT (General Confederation of Labour) hökumətin 2026-cı il üçün təklif etdiyi büdcə layihəsinə qarşı genişmiqyaslı etirazlara çağırıb.
AZƏRTAC xəbər verir ki, CGT həmkarlar ittifaqının baş katibi Sofi Bine bu qərarı “France 2” telekanalına verdiyi açıqlamada elan edib.
İlk etiraz gününün noyabrın 6-da pensiyaçılar tərəfindən təşkil olunacağı bildirilir. Bu tarixdən etibarən büdcə əleyhinə səfərbərlik başlayacaq.
“Bu büdcə çox təhlükəlidir. Onu kökündən dəyişmək lazımdır. Bu büdcə ilə bağlı ən sərt zərbəni pensiyaçılar alacaq. Səhiyyə xərclərinin kəskin artımı daha çox tibbi yardıma ehtiyacı olan yaşlı insanlar üçün əlavə yük olacaq”, - deyə Bine vurğulayıb.
Vergi güzəştlərinin ləğvi ilə vergilərin artırılması da pensiyaçılar üçün əlavə maliyyə yükü olacaq.
CGT lideri bütün peşə sahələrini əhatə edən ümummilli tətil ehtimalına da toxunub. Onun sözlərinə görə, belə aksiyalar müzakirə olunmalı və zamanla hazırlanmalıdır: “Bir şey dəqiqdir. CGT üçün bu an – hərəkətə keçmək anıdır. Əgər müqavimət göstərməsək, bu büdcə olduğu kimi qəbul ediləcək. Mövcud hökumət heç vaxt olmadığı qədər zəifdir və bu səbəbdən ictimai təzyiq vasitəsilə real dəyişikliklərə nail olmaq mümkündür”.
Qeyd edək ki, 2026-cı ilin büdcə layihəsi Fransa cəmiyyətində, xüsusilə təqaüdçülər üçün dərin narahatlığa səbəb olub. CGT-nin çağırışı ilə 6 noyabrda başlayacaq etiraz aksiyaları bu layihənin taleyində həlledici rol oynaya bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]