Fransada Jan Kasteks hökumətinin tərkibi tam formalaşıb
Paris, 27 iyul, AZƏRTAC
Fransada yeni 11 dövlət katibi təyin olunub. Beləliklə, Baş nazir də daxil olmaqla hökumət üzvlərinin sayı 43-ə çatıb. Bundan əvvəlki hökumətlə müqayisədə 6 üzv çoxdur.
AZƏRTAC xəbər verir ki, iyulun 26-da Fransa Prezidenti yeni 11 dövlət katibi təyin etməsi ilə Jan Kasteks hökumətinin tərkibi tamamlanıb.
Beləliklə, yeni hökumətin 43 üzvündən 32-si nazir və 11-i isə dövlət katibidir. Hökumətdə 21 kişi və 22 qadın olmaqla paritet təmin olunub. Hökumətin bütün üzvlərinin iştirakı ilə Nazirlər Şurasının ilk iclası iyulun 29-da keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Eduard Filipin rəhbərlik etdiyi hökumət 37 nazirdən ibarət idi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]