Fransada koronavirus əleyhinə peyvəndləmə 3 mərhələdə aparılacaq
Paris, 17 dekabr, AZƏRTAC
Fransada koronavirus əleyhinə peyvəndləməyə dekabrın sonuncu həftəsində başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin Milli Assambleyada koronavirus əleyhinə peyvəndetmə strategiyası ilə bağlı təqdimatında bildirilib.
Qeyd edilib ki, ilk peyvənd kampaniyası xüsusilə qocalar evlərində olan bir milyon yaşlı əhalini əhatə edəcək. Peyvənd kampaniyasının ilk mərhələsi 6-8 həftə davam edəcək.
Fevral ayının ortalarında və ya sonunda başlayacaq ikinci mərhələ yaşına və ya xroniki patologiyasına görə risk qrupuna daxil olan 14 milyon sakini, eləcə də səhiyyə işçilərinin müəyyən qrupunu nəzərdə tutur.
Üçüncü mərhələ yazın sonunda başlayacaq və bütün əhalini əhatə edən bu mərhələ də yenə ilk növbədə yaş kateqoriyasına uyğun aparılacaq. Bundan sonra bütün əhalinin peyvəndlənməsinə başlanılacaq.
Bildirilib ki, Fransa 100 milyon insan üçün 200 milyon doza peyvənd sifariş edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]