Fransada koronavirusa yoluxanların sayı 95 mini ötüb
Paris, 13 aprel, AZƏRTAC
COVID-19 pandemiyası başlayandan bəri Fransada ölənlərin sayı 14 min 393-ə çatıb. Onlardan 9 min 253 xəstəxanalarda, 5 min 140-ı isə qocalar evlərində dünyasını dəyişib. Son bir sutka ərzində xəstəxana və qocalar evlərində 556 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.
O bildirib ki, bu gün xəstəxanalarda 31 min 826 xəstə var, onlardan 6 min 845 ağır vəziyyətdə reanimasiyadadır. Epidemiya başlayandan 27 min 186 xəstə sağalıb.
Ölkədə 95 min 403 insanın koronavirusa yoluxduğu bildirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]