Fransada pensiya yaşı narazılığı yenidən alovlanıb
Paris, 25 iyun, AZƏRTAC
Fransa Baş nazirinin sosial tərəfdaşlarla görüşü uğursuz keçib və sosialistlər hökumətə qarşı senzura tətbiq etmək prosesinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Fransada pensiya islahatı yenidən gündəmdədir. Dörd aylıq danışıqlardan sonra Fransanın Baş naziri Fransua Bayrunun başçılıq etdiyi sosial tərəfdaşlarla görüş uğursuzluqla başa çatıb. Bu uğursuzluğu F.Bayru özü etiraf edib.
Sosialistlər Fransua Bayrunu pensiya yaşının 64-ə qaldırılması ilə bağlı müzakirələrə imkan verəcək qanun layihəsini təqdim etməyi öhdəsinə götürmədiyi üçün tənqid edirlər.
F.Bayru Milli Assambleyadan əvvəl Matinyon görüşündə iştirak edib. Həmin görüşdə üç həmkarlar ittifaqı - CFDT, CFTC və CFE-CGC, həmçinin Fransa İşəgötürənlər Assosiasiyasının (Medef) prezidenti və Fransız Həmkarlar İttifaqları Konfederasiyasının (CPME) rəhbəri də iştirak ediblər. Görüş nəticəsiz başa çatdığı üçün sosialistlər digər solçu qrupları hökumətə qarşı etimadsızlıq təklifinə tezliklə qoşulmağa çağırıblar.
Hökumət isə yay və payız aylarında daha çətin və təhlükəli büdcə müzakirələrindən əvvəl pensiya islahatları mövzusunda ciddi təzyiqlə üzləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]