Fransanın neokolonializm siyasəti bütün bəşəriyyətə qarşı elan olunmamış müharibədir
Bakı, 26 fevral, AZƏRTAC
İyirmi birinci əsrdə müstəmləkəçiliyin mövcudluğu bəşəriyyətin ən böyük problemlərindən biridir. Fransanın neokolonializm siyasəti bütün sivil bəşəriyyətə, humanizm prinsiplərinə qarşı elan olunmamış müharibədir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Azər Kərimli parlamentdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüşdə bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın müstəmləkə altında saxladığı ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalayıb. Bu gün rəsmi Parisin ölkəmizə qarşı yürütdüyü aqressiv, beynəlxalq hüquqa zidd siyasətinin təməlində dayanan amillərdən biri də məhz Azərbaycanın fransız neokolonializmindən əziyyət çəkən xalqların səsinə verdiyi dəstək və neoimperialist ideyalara boyun əyməməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]