Fransanın sabiq Baş naziri Makronu istefaya çağırıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Fransanın sabiq Baş naziri Eduar Filipp Prezident Emmanuel Makronu səlahiyyət müddəti başa çatmazdan əvvəl istefa verməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, onun bu sözlərini “Financial Times” nəşri dərc edib. "Fransa ölkəyə zərər vuran siyasi böhrandan nizamlı və layiqli şəkildə çıxmalıdır. Bu vəziyyətin daha 18 ay sürməsi çox uzundur", - deyə Filipp bildirib. Xatırladaq ki, Makronun səlahiyyət müddətinin başa çatmasına 18 ay qalır.
Siyasətçi, həmçinin yeni parlament seçkilərinin hakim çoxluğu təmin edə bilməyəcəyi və bu səbəbdən böhranın daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib. Qəzet sabiq Baş nazirin hazırkı Fransa Prezidentinin müttəfiqi olduğuna da diqqət çəkib.
Eyni zamanda, “Politico” nəşri də Avropa rəsmilərinə istinadla Fransadakı böhrana görə Avropa İttifaqının zəifləyəcəyinə dair proqnoz irəli sürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]