Fransanın yeni Baş naziri: Həm forma, həm də məzmun baxımından dəyişikliklər olmalıdır
Paris, 10 sentyabr, AZƏRTAC
Fransanın yeni Baş naziri Sebastyən Lökornü bu gün günorta saatlarında keçmiş Baş nazir Fransua Bayru ilə qapalı qapılar arxasında görüş keçirib. Görüşdən sonra hər iki siyasətçi qısa çıxışlarla ictimaiyyət qarşısına çıxıb.
AZƏRTAC xəbər verir ki, ölkədə genişmiqyaslı “Hər şeyi bloklayaq-10 sentyabr” etiraz aksiyalarının fonunda Matinyon sarayında Baş nazir postunun təhvili olub. Silahlı qüvvələr naziri vəzifəsindən istefa verən Sebastyən Lökornü, Fransua Bayru ilə keçirdiyi qapalı görüşdən sonra rəsmi olaraq yeni Baş nazir olub. Tərəflər səlahiyyət təhvili mərasimində qısa çıxış ediblər.
Lökornü çıxışında vurğulayıb ki, həm forma, həm də məzmun baxımından dəyişikliklər qaçılmazdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]