Fransanın yeni Baş naziri istefasının səbəbini açıqlayıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Fransanın Baş naziri Sebastyan Lökornü istefasının səbəbini ölkədəki siyasi partiyalar arasında kompromisə nail olmağın mümkünsüzlüyü ilə izah edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. “Baş nazir olmaq çətin vəzifədir, xüsusilə də indiki dövrdə”, – deyə siyasətçi bildirib.
Sebastyan Lökornü qeyd edib ki, irəliyə yol açmağa çalışsa da, siyasi partiyaların “iştahası” bu prosesi demək olar ki, mümkünsüz edib. “Hər bir siyasi partiya sanki parlamentdə mütləq çoxluğa sahibmiş kimi davranır”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Sebastyan Lökornü oktyabrın 6-da, təyin olunmasından cəmi bir ay keçməmiş Baş nazir postundan istefa verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]