Freddi Merkurinin şəxsi royalı rekord məbləğə satılıb
Bakı, 7 sentyabr, Emil Məlikov, AZƏRTAC
Dünyada məşhur ifaçı Freddi Merkurinin royalı şəxsi əşyaları arasında rekord məbləğə - 2,2 milyon dollara satılıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, sənətçiyə məxsus şəxsi əşyalardan ibarət kolleksiyanın yer aldığı satışı “Sotheby's” hərrac evi keçirib. Eyni zamanda, Freddi Merkurinin dəridən olan geyim dəsti 18 min dollara satılıb.
“Hərracda satılan piano 1975-ci ildən 1991-ci ilə qədər musiqiçidə olub. İfaçı nisbətən kiçik ölçülü, eyni zamanda, geniş diapazonlu səsə malik olan ideal musiqi alətini seçmək üçün həftələrlə vaxt sərf edib. Nəticədə o, “Yamaha G2” royalını seçib. Freddi bu musiqi alətinə xüsusi qayğı ilə yanaşırdı. O, bu əşyasını özünün yaradıcılıq aləti hesab edirdi. Heç vaxt bu pianoda ifa etdiyi vaxt siqaret çəkməz, üzərinə başqa bir əşya qoymaz və başqasına da bunu etməyə icazə verməzdi”, - deyə ifaçının yaxını Meri Ostin qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:10]
Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]